Tbilisinin Lotkini qəsəbəsində bu gün, sentyabrın 10-da yeniyetmə
qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis qəsdən adam
öldürmə ittihamı ilə 17 yaşlı yeniyetməni saxlayıb.
Qurumun bildirdiyinə görə, hadisə mübahisə zəminində baş verib.
Təqsirləndirilən şəxs soyuq silahla azyaşlıya bir neçə xəsarət
yetirərək olay yerindən
qaçıb. Yaralanan yeniyetmə hadisə yerindəcə
dünyasını dəyişib.
Gözlənilən cəza: Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə
cəzası gözləyir.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə təhqiqat aparılır.
Qətlin digər təfərrüatları hələlik bəlli deyil.