ID kartın QR kodunda tələbə statusu da əks olunacaq və onu yoxlamaq mümkün olacaq
Şəxsiyyətin elektron vəsiqəsində (ID kartda) yerləşdirilən QR kod vasitəsilə tələbələr müxtəlif güzəştlərdən asanlıqla yararlana biləcəklər. Bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sənəddə tələbənin aktiv statusunun əks etdirilməsini birbaşa agentlik təmin edir və bu xidmət tələbələr üçün tamamilə pulsuzdur.

Sistem tələbələrə ictimai və dəmir yolu nəqliyyatında gediş, muzeylərə və botanika bağlarına ziyarət və
s. kimi xidmətlərdən güzəştli şərtlərlə sadələşdirilmiş qaydada yararlanmaq imkanı verir.

Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ID kartın QR kodunda tələbə statusunun əks etdirilməsi üçün tələb olunan prosedur və şərtləri də ətraflı izah edir:

“Əgər şəxs Təhsil Nazirliyinin təhsil müəssisələri reyestrində ali təhsil müəssisəsinin tələbəsi kimi qeydiyyatdan keçibsə və onun tələbə statusu dayandırılmayıb/xitam verilməyibsə, şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsinin verilməsi ilə bağlı qərar qəbul edilərkən və ya şəxs artıq QR kodu ehtiva edən şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsinə malikdirsə, onun müraciəti əsasında Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumat bazasında tələbə statusu barədə məlumat əks etdirilir. Həmin məlumatın yoxlanılması şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsində yerləşdirilən QR kod vasitəsilə mümkün olacaq.

Maraqlı şəxs tələbə statusu barədə məlumatın agentliyin elektron məlumat bazasında əks etdirilməsi və müvafiq olaraq şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsindəki QR kod vasitəsilə həmin məlumata çıxışın təmin edilməsi tələbi ilə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin ərazi xidmətlərinə, Ədliyyə Evinin filiallarına və mobil Ədliyyə Evlərinə müraciət edə bilər.

Ərizə həm şəxsin adına şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsinin verilməsi üçün ərizə ilə birlikdə, həm də artıq verilmiş sənədlə bağlı təqdim edilə bilər.

Agentlik tələbə statusu barədə məlumatın elektron məlumat bazasında əks etdirilməsi və sənəddə yerləşdirilən QR kod vasitəsilə onun yoxlanılmasına çıxışın təmin edilməsi barədə qərarı şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində, artıq verilmiş şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsi olduqda isə müvafiq ərizənin təqdim edilməsindən sonra 5 iş günü müddətində qəbul edir”,
– Dövlət Xidmətləri Agentliyinin internet saytında yayımlanan məlumatda bildirilir.

Agentlik həmçinin müəyyən edir ki, aşağıdakı hallarda bu xidmətdən imtina ediləcək:
  • Təhsil müəssisələri reyestrində şəxs barədə məlumat aşkar edilmədikdə;
  • Təhsil müəssisələri reyestrində şəxs ali təhsil müəssisəsinin tələbəsi kimi qeydiyyatdan keçmədikdə;
  • Təhsil müəssisələri reyestrinin məlumatlarına əsasən, şəxsin tələbə statusu dayandırıldıqda/xitam verildikdə;
  • Şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsinin qüvvəsi dayandırıldıqda.
Maraqlı şəxs həmçinin yuxarıda qeyd olunan səlahiyyətli orqanlara tələbə statusu barədə məlumatın əlçatanlığının məhdudlaşdırılması tələbi ilə müraciət edə bilər. Bu tələb təmin edildiyi halda, həmin status barədə məlumat şəxsiyyət (yaşayış icazəsi) elektron vəsiqəsindəki QR kod vasitəsilə artıq əlçatan olmayacaq.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google