2027-ci ilin dünyanın 10 ən yaxşı turizm istiqaməti – reytinqə Gürcüstanın yaşayış məntəqələrindən biri də daxil edilib
Bəzi turizm istiqamətləri həddindən artıq turizmdən əziyyət çəkdiyi halda, digərləri, əksinə, daha çox səyahətçiyə ev sahibliyi etmək istəyir.

Turizm operatoru Intrepid Travel 2027-ci il üçün reytinqini təqdim edib. Reytinqdə gələn il daha çox səyahətçini qəbul etməyə hazır olan dünyanın 10 az tanınan istiqaməti yer alıb – unian.net yazır.

“Bu layihə yalnız az tanınan yerlərin siyahısı
deyil. Onun məqsədi istiqamətlərin seçilməsi və səyahət formatına yanaşmanı dəyişmək, insanları turizmin yerli icmalar, iqtisadiyyat və mədəniyyət üçün real fayda gətirdiyi dünyanın müxtəlif guşələrini kəşf etməyə ruhlandırmaqdır”,
– reytinqin müəllifləri qeyd edirlər.

Qeyd edək ki, ən yaxşı onluğun seçimi üç əsas meyar əsasında həyata keçirilib. Prosesdə həm Intrepid şirkətinin yerli bələdçilərdən və ekspertlərdən ibarət qlobal şəbəkəsinin təcrübəsi, həm də trendlərin proqnozlaşdırılması üzrə ixtisaslaşmış Globetrender agentliyinin apardığı müstəqil araşdırmanın məlumatları nəzərə alınıb:
  • qonşu və ya analoji istiqamətlərlə müqayisədə aşağı populyarlıq;
  • turistlərin qəbuluna hazırlıq – həm infrastruktur, həm də yerli əhali baxımından;
  • 2027-ci ildə yeniliklərin olması – yeni təşəbbüslərin işə salınması, nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, genişmiqyaslı tədbirlərin keçirilməsi, yeni obyektlərin açılması və ya infrastrukturun inkişaf etdirilməsi.
2027-ci ildə səyahət etməli olduğunuz dünyanın 10 az tanınan turizm istiqaməti:
  • Samburu Milli Qoruğu, Keniya
  • Mestia qəsəbəsi, Gürcüstan
  • Şimali dağlıq ərazi, İordaniya
  • Uaythors şəhəri, Kanada
  • Alonissos adası, Yunanıstan
  • Dili şəhəri, Şərqi Timor
  • Pekoe cığırı, Şri-Lanka
  • Liepaya şəhəri, Latviya
  • Karretera Austral avtomagistralı, Çili
  • Dalsland əyaləti, İsveç

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google