Marneulidə, Nərimanov küçəsində yerləşən qəzalı çoxmənzilli binanın
taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Levan Samxarauli adına Məhkəmə Ekspertizası Milli Bürosunun rəyinə
əsasən, binanın möhkəmləndirilməsinə ehtiyac olsa da, yerli
özünüidarəetmə orqanı bunun üçün tələb olunan vəsaiti cari ilin
büdcəsində nəzərdə tutmayıb.
“Marneuli” radiosu Marneuli meriyasına yazılı şəkildə müraciət
edərək binanın probleminin həlli ilə bağlı mövcud planlar,
görülməsi nəzərdə
tutulan konkret işlər – reabilitasiya, söküntü və
ya yeni binanın tikintisi – və büdcədə ayrılmış vəsait barədə
məlumat istəyib.
Meriyanın rəsmi cavabından məlum olur ki, bina üçün layihə-smeta
sənədləri artıq hazırlanıb. Lakin qurum binanın sökülməsinin və ya
yeni binanın tikintisinin planlaşdırılıb-planlaşdırılmadığı ilə
bağlı suala cavab verməyib.
Maliyyə resurslarına gəlincə, meriyadan bildirirlər ki, layihənin
həyata keçirilməsi üçün tələb olunan vəsait cari ilin büdcəsində
nəzərdə tutulmayıb.
Bununla belə, qurumun bildirdiyinə görə, məsələnin əhəmiyyətini
nəzərə alaraq layihənin gələn ilin büdcəsi hazırlanarkən nəzərə
alınmasına hazırdırlar.
Nərimanov küçəsi 1 ünvanında yaşayan sakinlər illərdir, təhlükəli
şəraitdə yaşayırlar. Lakin işlərin nə vaxt başlayacağı və binanın
möhkəmləndirilməsinin real olaraq nə qədər vəsaitə başa gələcəyi
ilə bağlı konkret tarix və məbləğ meriyanın cavabında yenə də
açıqlanmayıb.
Marneulidə Nərimanov küçəsi 1 ünvanında baş vermiş faciədən 4 il
ötür. Eyvanın uçması nəticəsində baş verən hadisədə iki nəfər
həyatını itirib.
“Marneuli” radiosunun meriyaya sualları:
მარნეულის მერიის პასუხი:

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.