Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb. İki
Azərbaycan vətəndaşı həlak olub, daha ikisi yaralanıb.
Bu barə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 10-da
yaydığı məlumatda bildirilir.
XİN-in məlumatına görə, sentyabrın 9-da Qara dənizdə heyətində
Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi
dron hücumlarına məruz qalıb.
Əlavə edilir ki, hücum nəticəsində iki Azərbaycan vətəndaşının
həlak olduğu, daha iksinin isə xəsarət aldığı barədə məlumat daxil
olub.
"Yaralılar Ukraynanın Çernomorsk şəhər
xəstəxanasında yerləşdiriliblər", - nazirlik
bildirir.
XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi
təhlükəli bölgələrə səfər etməkdən, orada çalışmaqdan və bu
ərazilərdən keçən nəqliyyat vasitələrində işləməkdən çəkinməyə
çağırır.
Bu açıqlamaya həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının
yaxınlarından münasibət almaq mümkün olmayıb.
Rusiya zərbəsi
XİN gəminin dəqiq harada hücuma məruz qaldığını və dronların hansı
ölkəyə məxsus olduğunu bildirməyib. Amma Rusiya Müdafiə
Nazirliyinin açıqlamasından zərbənin Odessa sahilləri yaxınlığında
Rusiya dronları ilə endirildiyi anlaşılır.
Nazirlik sentyabrın 9-da axşam saatlarında Odessa limanında
gəmiləri müşayiət edən bir yedək gəmisinin vurulduğunu bildirib.
Sentyabrın 10-da səhər isə Ukrayna Silahlı Qüvvələri üçün yük
daşıdığı iddia edilən daha iki quru yük və bir yedək gəmisinin
vurulduğunu açıqlayıb.
"ASTRA" gəmi izləmə xidmətlərinə istinadən qeyd edir ki, "TEDY"
Somali bayrağı altında üzən, təxminən 30 metr uzunluğunda dəniz
yedək-təchizat gəmisidir. Uzunluğu təxminən 30 metrdir. Onun son
mövqeyi sentyabrın 7-də Qara dənizdə, Rumıniyanın Konstansa limanı
yaxınlığında qeydə alınıb.
Xatırlatma
Bu, XİN-in müharibə bölgələrindəki gəmilərdə Azərbaycan
vətəndaşlarının həlak olması ilə bağlı yaydığı ilk məlumat deyil.
Nazirlik bu ilin iyununda bildirmişdi ki, Azov dənizində "Natra" və
"Zirkon" yük gəmilərinə dron hücumları
nəticəsində heyətlərdəki 25
Azərbaycan vətəndaşından dördü həlak olub, dördü isə yaralanıb.
İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında
Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki
ticarət gəmisinin dron hücumuna məruz qaldığı açıqlandı. Həmin vaxt
göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna
olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı
bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu
məlum olmuş və onun nəşi tapılmışdı.
Müstəqil ekspertlər deyirlər ki, təhlükəli ərazilərdə nəqliyyat
vasitələrində çalışmağın köklü səbəbləri var. Onların qənaətinə
görə, bu, həm də Azərbaycanda bir çox insanın normal dolanışığını
təmin edə bilməməsindən irəli gəlir və yaranmış vəziyyətə görə
fərdlərlə yanaşı, hökumət də məsuliyyət daşıyır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.