Yəməndə İranın dəstəklədiyi husi üsyançıları Qırmızı dəniz
sahilində yerləşən tarixi Moxa liman şəhərini ələ keçiriblər.
Yəmən hökumətindəki dörd hərbi mənbə sentyabrın 10-da "Reuters"
agentliyinə bu haqda məlumat verib. Bununla husilər strateji
əhəmiyyətli Babül-Məndəb boğazı yaxınlığındakı sahil zolağı boyunca
nəzarətlərini genişləndiriblər.
Mənbələrə görə, husilər Qırmızı dənizdəki Həniş adalarına da hücum
edirlər. Hökumət qüvvələri və müttəfiqləri isə cənuba,
birbaşa
boğazın sahilindəki Zübab bölgəsinə çəkilirlər. Zübaba və
yaxınlıqdakı Perim adasına nəzarət Babül-Məndəba hakim olmaq
baxımından vacibdir.
Son hadisələr husilərlə Yəmən hökumətinə bağlı qüvvələr arasında
döyüşlərdə ciddi eskalasiya deməkdir, ABŞ-İran münaqişəsində əsas
cəbhələrdən birinin yenidən açılması təhlükəsini yaradır.
Babül-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir,
neftin, yanacağın və digər malların Süveyş kanalı vasitəsilə Asiya
ilə Avropa arasında daşınmasında mühüm marşrutdur.
Yəmən hökumətinin məlumatına görə, son iki həftə ərzində Taiz və
Hüdeydə vilayətlərində döyüşlər 20 mindən çox insanı evindən
didərgin salıb.
Döyüşlər Yəmən sərhədlərini də aşıb. Səudiyyə Ərəbistanının
bildirdiyinə görə, husilərin son günlər krallıqdakı mülki və
iqtisadi obyektlərə hücumları nəticəsində 73 nəfər yaralanıb.
Husilər 2014-cü ildə paytaxt Sənanı ələ keçirib, beynəlxalq
səviyyədə tanınmış hökumət ölkənin cənubuna sıxışdırılıb. Bundan
sonra Yəməndə vətəndaş müharibəsi başlayıb. Növbəti il Səudiyyə
Ərəbistanının rəhbərlik etdiyi koalisiya hərbi müdaxiləyə başlayıb.
Ər-Riyad həm hökuməti hakimiyyətə qaytarmaq, həm də Yəməndə İran
təsirinin artmasını önləmək istəyirdi. BMT-nin vasitəçiliyi ilə
2022-ci ildə atəşkəs əldə olunub. Genişmiqyaslı döyüşlər dayansa
da, davamlı sülh razılaşması ilə nəticələnməyib.
Husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası
elan edərək, bu ölkənin limanlarına yanaşan gəmiləri hədəf
alacaqları ilə hədələyiblər. Bu təhdidlər bölgədə gəmilərin
hərəkətinə maneələr yaradıb. Bunlar İran müharibəsi Hörmüz
boğazında daşımaları pozduğu, Səudiyyə Ərəbistanının neft ixracında
Qırmızı dəniz marşrutundan asılılığının artdığı bir vaxtda baş
verir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.