2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda diri doğulanların
sayı 17 509 nəfər təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Milli
Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin birinci
yarısında ölkədə diri doğulan uşaqların sayı 17 719 olub.
Bununla yanaşı, Sakstat-ın məlumatına əsasən, bu ilin ilk altı
ayında 22 224 nəfər dünyasını dəyişib;
keçən ilin eyni dövründə isə
bu göstərici 22 718 nəfər təşkil edib.
Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci yarısında təbii artım
(diri doğulanlar və ölənlər arasındakı fərq) -4 715 nəfər olaraq
müəyyən edilib. Təbii artımın müsbət göstəricisi yalnız Tbilisi
(424) və Acarıstan Muxtar Respublikasında (330) qeydə alınıb.
2026-cı ilin ilk 6 ayında 10 006 nikah və 6 095 boşanma faktı qeydə
alınıb.
Statistika idarəsinin bildirdiyinə görə, əhalinin sayından asılı
olaraq bu il ən çox uşaq Tbilisidə, ən az isə Raça-Leçxumi və Kvemo
Svanetidə dünyaya gəlib.
"Biznespressnews"un təqdim etdiyi məlumata əsasən, 2026-cı ilin
yanvar-iyun dövründə regionlar üzrə doğulan uşaqların sayı:
- Tbilisi – 6 889
- Acarıstan – 2 061
- İmereti – 1 985
- Kvemo Kartli – 1 982
- Kaxeti – 1 165
- Sameqrelo və Zemo Svaneti – 1 043
- Şida Kartli – 992
- Samtsxeli-Cavaxeti – 621
- Quriya – 352
- Mtsxeta-Mtianeti – 343
- Raça-Leçxumi və Kvemo Svaneti – 76
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.