İşğal olunmuş Abxaziyada genişmiqyaslı hərbi təlimlər elan edilib
İşğal olunmuş Abxaziyada oktyabrın 12-dən 16-dək operativ-taktiki hərbi təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərin planını qondarma prezident Badra Qunba təsdiqləyib, onun mətbuat xidməti məlumat yayıb. Təşkilati məsələləri Qunba de-fakto müdafiə naziri Beslan Tsvijba və Baş Qərargah rəisi Vladimir Savçenko ilə müzakirə edib.

“Genişmiqyaslı təlimlərdə” qondarma silahlı qüvvələrin daimi hazırlıq bölmələri və ehtiyatda olan hərbçilər, həmçinin Rusiya Silahlı Qüvvələrinin
hərbi qulluqçuları iştirak edəcəklər.

Təlimlərə artilleriya, zirehli texnika və aviasiya cəlb olunacaq; “döyüş əməliyyatları zamanı hərbi qruplaşmaların idarə edilməsi və qoşunlardan istifadə edilməsinin müxtəlif üsullarının işlənib hazırlanması” planlaşdırılır.

“Yüksək texnologiyalı silahların, idarəetmə sistemlərinin və radioelektron mübarizə vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək”, – mətbuat xidməti bildirir.
İşğal olunmuş Abxaziyada hərbi təlimlər 2025-ci ilin oktyabrında da keçirilib.
  • 2026-cı ildə işğal olunmuş Abxaziya ərazisində dəfələrlə dronlar qeydə alınıb. Onların, ehtimal ki, Ukraynaya məxsus olduğu və hədəfinin Rusiyanın cənub regionlarında yerləşən obyektlər olduğu bildirilir. Dronların bir qismi düşüb, yaxud vurulub. Dron təhlükəsi səbəbindən Psou qondarma keçid məntəqəsinin fəaliyyəti də məhdudlaşdırılıb.
  • Bundan əvvəl Abxaziyada bir sıra ekspertlər, müharibə veteranları və müxalifət nümayəndələri de-fakto silahlı qüvvələrin imkanlarını tənqid edir və qondarma hakimiyyəti, o cümlədən maliyyələşmənin artırılması yolu ilə ordunu gücləndirməyə çağırırdılar.
  • Gürcüstan və ölkənin beynəlxalq tərəfdaşları Abxaziya və Tsxinvali regionunu/Cənubi Osetiyanı Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilər hesab edirlər. Bu qondarma dövlətlərin müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela və Suriya tanıyır.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google