Birləşmiş Ştatlar İranın regiondakı şəbəkələrinə sanksiyalar
açıqlayıb.
İraq, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə bir sıra
şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib. Vaşinqton həmin
şəxslərin və şirkətlərin İranın dəstəklədiyi silahlı qruplaşmaları
maliyyələşdirdiyini deyir.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 10-da bildirib ki, İraqdakı
"Kətaib Hizbullah" və Livandakı "Hizbullah"la əlaqəli şəbəkələr
hədəfə alınır. Nazirlik İranla bağlı lisenziyaların verilməsi
qaydalarını da sərtləşdirib.
"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır,
Livanın cənub hissəsinin böyük bir qisminə nəzarət edir. Birləşmiş
Ştatlar onu terror təşkilatı hesab edir. Avropa İttifaqı isə
təşkilatın yalnız silahlı qanadını qara siyahıya salıb.
İraq şirkətləri
Sanksiyalar İraqın Xalq Səfərbərlik Komissiyasını, eləcə də
xaricdən hərbi avadanlıq alan şirkətləri də hədəfləyir.
Xəzinədarlıq bildirib ki, İraq hökuməti "Ayn əl-İraq" şirkəti
vasitəsilə Rusiya, Çin və İrandan müdafiə təyinatlı komponentlər də
alıb. Nazirlik bu əməliyyatları daha geniş korrupsiya və
sanksiyalardan yayınma sxemləri ilə əlaqələndirir.
"Bu addım İranın dəstəklədiyi silahlı qruplaşmaların
hədəfə alınmasından daha əhəmiyyətlidir". Bunu
Demokratiyaları Müdafiə Fondunun elmi əməkdaşı, ABŞ Maliyyə
Nazirliyinin sanksiyalar üzrə keçmiş rəsmisi Maks Meyzliş
deyir.
"Maliyyə Nazirliyinin İranın proksi şəbəkəsinə qarşı
bugünkü sanksiya qərarı təkcə silahlı qrupları hədəf almır, həm də
İraq hökumətinin Çin, Rusiya və İranla müdafiə sahəsindəki sıx
əlaqələrini ortaya qoyur", – Meyzliş AzadlıqRadiosuna
bildirib.
Valyutadəyişmə şirkətləri hədəfdə
Sanksiya siyahısına Dubay və Livanda yerləşən valyutadəyişmə
şirkətləri də əlavə edilib. ABŞ rəsmilərinin məlumatına görə,
Dubaydakı şirkət İraqdan İrana milyonlarla dollar köçürüb, Livan
şirkətləri isə İran vəsaitlərinin "Hizbullah" qruplaşmasına
çatdırılmasına köməklik göstərib.
Bu tədbirlər Tramp administrasiyasının "İqtisadi Təcrid"
əməliyyatının bir hissəsidir. Məqsəd İranı və onun regiondakı
müttəfiqlərini dəstəkləyən maliyyə kanallarını kəsməkdir. Nazirlik
xəbərdarlıq edib ki, sanksiyalardan yayınmağa kömək edən xarici
şirkətlər və maliyyə qurumları ABŞ-nin cəza tədbirləri ilə üzləşə
bilər.
"Birləşmiş Ştatlar zərərli xarici təsirdən azad,
suveren və sabit İraqı dəstəkləməyə, eləcə də Livanın dövlət
qurumlarını "Hizbullah"ın dağıdıcı maliyyə və siyasi müdaxiləsindən
qorumağa sadiqdir", - ABŞ Dövlət Departamentinin
bəyanatında bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.