Fars körfəzinin ərəb dövlətlərinin xarici işlər nazirlərinin gələn
həftə Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü
gözlənilir.
"The Financial Times" qəzetinin yazdığına görə, region ölkələri
Hörmüz boğazından kommersiya gəmiçiliyinin bərpası üzrə müvəqqəti
razılaşmaya dəstək qazanmaq istəyirlər.
FT məsələdən agah iki mənbəyə istinadla xəbər verir ki, Omanın
təşəbbüsü ilə görüşün sentyabrın 14-də Salala sahil şəhərində
keçirilməsi
planlaşdırılıb. Mənbələrdən biri detalların hələ
dəqiqləşdirildiyini, amma bir sıra dövlətlərin iştirakının artıq
təsdiqləndiyini bildirib.
Oman və İranın müzakirə etdiyi müvəqqəti razılaşma gəmilərin boğaza
İran su ilə daxil olmasını, əsasən Oman suları vasitəsilə çıxmasını
nəzərdə tutur. Diplomatlar su yolunun tam açılması üçün ABŞ ilə
İran arasında razılaşmanın vacibliyini vurğulayırlar.
Danışıqlar barədə informasiyalı mənbələrdən biri FT-yə deyib ki,
İran və Oman Körfəz Əməkdaşlıq Şurasının dəstəyini almağa ümid
edir. Məqsəd bundan Vaşinqtona təzyiq göstərmək və İran
limanlarının blokadasını aradan qaldırmasına nail olmaqdır. Körfəz
ölkələrinin niyyəti isə müvəqqəti razılaşma əldə etmək, gəmilərin
boğaza həm daxil olmasına, həm də oradan çıxmasına imkan
yaratmaqdır.
ABŞ və İran iyunda qısamüddətli anlaşma memorandumu imzalamışdı.
Ancaq Hörmüz boğazından gəmiçiliklə bağlı fikir ayrılıqları bu
sənədi qüvvədən salıb.
FT-nin məlumatına görə, Vaşinqton vasitəçilərə bildirib ki,
istənilən yeni razılaşma İranın nüvə proqramını da əhatə etməlidir.
Tehran isə blokadanın aradan qaldırılması, neft ixracının bərpasına
icazə verilməsi də daxil, güzəştlər tələb edir.
Hazırda ABŞ ilə İran arasında birbaşa danışıqlar aparılmır.
Regional vasitəçilər diplomatik təmasları qeyri-rəsmi kanallarla
davam etdirirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.