Qardabanidə 2,64 milyon lari dəyərində torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməyə cəhd edən şəxs saxlanılıb
Gürcüstan Prokurorluğu tərəfindən təşkilatlanmış qrup tərəfindən 2 640 000 lari dəyərində torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək və qanunsuz gəliri leqallaşdırmağa cəhd göstərmək faktları üzrə bir nəfər saxlanılıb.

İstintaq nəticəsində aydın olub ki, maddi mənfəəti qanunsuz yolla əldə etmək məqsədilə əvvəllər dələduzluğa görə üç dəfə məhkum olunmuş təqsirləndirilən şəxs təşkilatlanmış qrupun digər üzvləri ilə birlikdə
cinayətkar qrup yaradıb. Qrupun məqsədi Qardabani bələdiyyəsinin Qamarcveba kəndində yerləşən və xarici ölkə vətəndaşının mülkiyyətində olan, 2 640 000 lari dəyərində torpaq sahəsini aldatma yolu ilə və qanunsuz olaraq ələ keçirmək olub.

Prokurorluğun məlumatına görə, təşkilatlanmış qrupun üzvləri 2026-cı ilin may ayında notariusa guya Yunanıstanda verilmiş saxta etibarnamə təqdim ediblər. Sənədə əsasən, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən birinə torpaq sahəsi ilə bağlı tam nümayəndəlik səlahiyyəti, o cümlədən əmlaka sərəncam vermək hüququ verib.

Təqsirləndirilən şəxslər saxta etibarnamədən istifadə etməklə alqı-satqı müqaviləsi bağlayıb və notariusu, eləcə də qeydiyyat orqanını aldadaraq torpaq sahəsini sürətləndirilmiş qaydada təqsirləndirilən şəxslərdən birinin adına qeydiyyatdan keçiriblər.

Qanunsuz ələ keçirilmiş əmlaka qanuni görüntü vermək və xüsusilə külli miqdarda qanunsuz gəliri leqallaşdırmaq məqsədilə təqsirləndirilən şəxslər Gürcüstanın “Milli Dövlət Reyestri Agentliyi”nə saxta alqı-satqı müqaviləsi təqdim ediblər. Sənədə əsasən, cinayət yolu ilə ələ keçirilmiş torpaq sahəsinə mülkiyyət hüququ təqsirləndirilən şəxslərdən birindən qrupun digər üzvünə keçirilməli olub.

Lakin istintaq tərəfindən təqdim edilən məlumatlar əsasında qeydiyyat orqanı qeydiyyat prosesini dayandırıb. Buna görə də təqsirləndirilən şəxslər cinayət niyyətlərini sona qədər həyata keçirə bilməyiblər.

Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” və 4-cü hissəsinin “a” və “b” bəndləri, həmçinin 19-194-cü maddəsinin 3-cü hissəsinin “a” və “c” bəndləri ilə ittiham irəli sürülüb. Sözügedən cinayət 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbsin tətbiq edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Cinayət işi üzrə istintaq cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi məqsədilə davam etdirilir.

Prokurorluğun məlumatına görə, bu iş üzrə Gürcüstan Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə ümumilikdə 6 nəfər saxlanılıb və onların barəsində qətimkan tədbiri kimi həbs seçilib.

Gürcüstan Prokurorluğu bildirir ki, bu kateqoriyadan olan cinayətləri törədən şəxslərə qarşı sərt cinayət-hüquq siyasəti həyata keçirir və bu siyasəti gələcəkdə də davam etdirəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google