Sentyabrın 14-də Uels, Şotlandiya və Şimali İrlandiyanın birinci
nazirləri Böyük Britaniya hökumətini konstitusiya dəyişikliklərinə
hazırlaşmağa çağırıblar.
BBC-nin xəbərinə görə, Kardiffdə birgə anlaşma memorandumu
imzalayan liderlər Böyük Britaniyada "Vestminster dövrü"nün
(Londonun mütləq hakimiyyətinin) bitmək üzrə olduğunu bəyan
ediblər.
"Plaid Kimri" (Uels Partiyası), "Şinn Feyn" (Şimali İrlandiya) və
Şotlandiya Milli Partiyasının (SNP) millətçi liderləri öz
ölkələrinin Birləşmiş Krallıqdan ayrılmasını istəyirlər.
Onların bu
gün imzaladığı sənəddə deyilir ki,
"heç bir Vestminster
hökumətinin demokratiyanı bloklamağa və ya xalqların öz gələcəyini
təyin etmək hüququna mane olmağa ixtiyarı
yoxdur".
Şotlandiyanın birinci naziri Con Suinni və Şimali İrlandiyanın
birinci naziri Mişel O'Nil birgə mətbuat konfransında müstəqillik
referendumlarının keçirilməsi çağırışını ediblər. Uelsin birinci
naziri Rin ap İorvert isə referendum məsələsinə dəstək versə də, öz
ölkəsində səsvermə üçün hər hansı konkret vaxt açıqlamaqdan
yayınıb.
BBC yazır ki, yerli hökumətlərə geniş səlahiyyətlərin verilməsi
prosesinin başlanmasından bəri ilk dəfədir ki, Uels, Şotlandiya və
Şimali İrlandiya hökumətlərinin rəhbərləri eyni vaxtda Birləşmiş
Krallıqdan ayrılmağın tərəfdarı kimi çıxış edirlər.
Ötən həftə Böyük Britaniyanın İcmalar Palatasında Şotlandiyanın
müstəqilliyi məsələsi yenidən gündəmə gəlib. Parlamentdəki ənənəvi
sual-cavab sessiyasında çıxış edən baş nazir Endi Börnem
ictimaiyyətin səsverməyə açıq dəstəyi olacağı halda, Şotlandiyada
ikinci müstəqillik referendumunun keçirilə biləcəyinə işarə
edib.
2014-cü ilin sentyabrında Şotlandiyanın müstəqilliyinə dair ilk
referendumda seçicilərin 55 faizi Birləşmiş Krallığın tərkibində
qalmağa, 45 faizi isə ayrılmağa səs vermişdi.
ABŞ prezidenti Donald Tramp bazar günü İrlandiya viskisinə
tarifləri ləğv etdiyini açıqlayıb. O, İrlandiyada qolf turnirinin
sonunda belə bir açıqlama verib. Tramp İrlandiyanın birləşməsinə
dəstəyini bir daha səsləndirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.