Bakının azad olunmasından 108 il keçir
Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 108 il keçir.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda "Sentrokaspi" hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə
bir müddət bolşeviklərdən ibarət Bakı Soveti başçılıq edib. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra müstəmləkə altında olan xalqlar azadlıqlarına qovuşmağa başlamışdı.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi. Azərbaycan Cümhuriyyəti Tbilisidə elan edilmiş, oradan da Gəncəyə köçürülmüşdü.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı təkrar işğal etdiyindən cümhuriyyət devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub. Arada Azərbaycan Sovet Sosialist Respublikası SSRİ tərkibində olub.

Müstəqil tarixçilər hesab edirlər ki, o vaxt Azərbaycan reallıqda işğal altında idi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google