Rusiya və Ukrayna bir-birinin enerji obyektlərini vurmamağa
razılaşıblar. Bu açıqlamanı ABŞ prezidenti Donald Tramp sentyabrın
14-də verib.
Daha əvvəl isə o, Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələrə
görə tənqid etmişdi.
"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbə
endirməməyə razılaşıb. Rusiya da eyni addımı atmağa razılıq
verib!", – Tramp "Truth Social" platformasında
yazıb.
"Dünyada dizel yanacağının bahalaşmasına əsasən İran deyil,
Rusiya-Ukrayna müharibəsi səbəb olub", – prezident
əlavə edib.
Bu arada Yaxın Şərqdəki müharibə fonunda dünya bazarlarında neftin
qiyməti sürətlə artır. ABŞ-də aralıq seçkilərinə cəmi iki ay qalmış
inflyasiya və yanacağın qiyməti də yüksəlib.
Kiyev və Kremlin çağırışa reaksiyası
Trampın paylaşımından sonra Ukrayna prezidenti Volodimir Zelenski
bildirib ki, Kiyev Rusiyaya hücumları dayandırmağa hazırdır, bir
şərtlə ki, Ukraynanın müttəfiqləri Moskvanın Ukraynanın enerji
obyektlərinə, infrastrukturuna və ərzaq təchizatı marşrutlarına
zərbələri dayandıracağına təminat versinlər.
"Müharibəyə son qoyulmalıdır. Kritik infrastrukturla
bağlı addım sülhə doğru ilk addım ola bilər. Tərəfdaşlarımızdan
konkret təkliflər gözləyirik", – Zelenski "X"
platformasında yazıb.
Kreml Trampın Ukraynanı Rusiyanın enerji infrastrukturuna zərbələri
dayandırmağa çağırmasını alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov
Moskvanın da eyni addımı atıb-atmayacağını deməyib.
Peskov bildirib ki, Rusiya qüvvələri Ukraynanın bütün ərazisində
əməliyyatlarını davam etdirəcək.
Sentyabrın 13-də Tramp Zelenskini Rusiyanın dizel yanacağı
infrastrukturunu hədəfə almağı dayandırmağa çağırıb. Bu çağırış
Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən Polşa sərhədi
yaxınlığına aramsız hücumları fonunda səslənib.
"Başqa çoxlu hədəf var. Dizel yanacağına zərbə endirməyin. Rusiyada
dizel yanacağı obyektlərini sıradan çıxarmağı dayandırmalısınız", –
Tramp deyib.
Ötən həftə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared
Kuşner Kiyev və Moskvaya səfər ediblər. Vaşinqton müharibə aparan
tərəfləri danışıqlar yolu ilə razılaşmaya yaxınlaşdırmağa
çalışır.
Tərəflər danışıqları "məzmunlu" adlandırsalar da, cəbhədəki
vəziyyət dəyişməyib. Soyuq havalar ərəfəsində Rusiya Ukraynada
mülki, logistika və enerji infrastrukturuna zərbələr endirir.
Ukrayna da cavabında Rusiyada enerji və hərbi obyektləri
uzaqmənzilli dronlarla hədəfə alır. Yayın əvvəlindən Ukraynanın
dron zərbələri Rusiyada ölkəboyu yanacaq çatışmazlığına səbəb
olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.