Birləşmiş Ştatlar Rusiyanın "VTB Bank"ına yeni sanksiyalar tətbiq
edib. Ölkənin ən böyük banklarından olan VTB İranın ABŞ
sanksiyalarından
yayınmasına kömək göstərməkdə ittiham olunur.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 14-də bildirib ki, VTB sanksiya
altında olan İran maliyyə qurumları ilə müxbir bank əlaqələri
yaradıb, İranda nümayəndəliklər açıb, ticarətin asanlaşdırılması
üçün addımlar atıb, İranın milyardlarla dollarlıq aktivlərinin
köçürülməsinə yardım edib.
Bu addım Vaşinqtonun genişlənən "İqtisadi təcrid" əməliyyatının bir
hissəsidir. Kampaniya ötən ay başlayıb, məqsədi İranın gəlir əldə
etmək, sanksiyalardan yayınmaq, hökuməti və onun regional
müttəfiqlərini maliyyələşdirən gizli şəbəkələri müəyyənləşdirib
sıradan çıxarmaqdır.
VTB onsuz da sanksiya altında idi, bu dəfə...
Moskvanın Ukraynaya qarşı müharibəsindən dolayı VTB artıq ABŞ-nin
geniş sanksiyaları altında idi.
Son qərar isə bankın İranla bağlı sanksiya mexanizmləri
çərçivəsində hədəfə alınması deməkdir.
Bu, VTB ilə əməkdaşlıq edən
xarici maliyyə qurumları üçün riskləri daha da artıra bilər.
ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib ki, Vaşinqton İrana
maliyyə və ya texnoloji dəstək göstərən qurumları hədəfə almağa
davam edəcək. O, sanksiya rejimini pozan xarici bankların ikinci
dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl Vaşinqton Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər
ölkələrdəki şirkətlərə və maliyyə şəbəkələrinə qarşı tədbirlər
görüb. Vaşinqton Tehranın istifadə edə biləcəyi alternativ
kanalları bağlamağa çalışır.
Sentyabrın 10-da ABŞ Maliyyə Nazirliyi İranla bağlı xüsusi
lisenziya müraciətləri üzrə qaydalarını dəyişib, onlar əsasən rədd
ediləcək.
ABŞ-İran müharibəsinin ilkin fəsadları hələ başlanğıcdır, əsl böyük
zərbə isə qlobal iqtisadiyyata dəyəcək. Çünki müharibə nefti kəskin
bahalandırıb, maliyyə bazarlarında təlatüm yaradıb. Bunu
AzadlıqRadiosuna "Obsidian Risk Advisors" şirkətinin sanksiyalar və
maliyyə cinayətləri üzrə eksperti Brett Erikson deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.