İran Səudiyyə Ərəbistanının strateji "Şərq-Qərb" neft boru kəmərinə
hücumdan öncədən xəbərdar olduğu,
hücumda hansısa rol oynadığı barədə iddiaları "yalan"
adlandırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sentyabrın 14-də
ABŞ rəsmilərinin boru kəmərinə hücumla bağlı şərhlərinə cavab
olaraq bildirib ki,
"amerikalılar heç bir xərc çəkmədən
saxta xəbərlər yayırlar".
Bəqai əlavə edib ki, Tehranın fikrincə, Yaxın Şərqdən kənar
aktorlar bu cür xəbərləri yaymaqla region dövlətləri arasında
gərginliyi artırmağa çalışırlar. O, Tehranın
bu iddiaları
qətiyyətlə rədd etdiyini bildirib.
Boru kəməri sentyabrın 10-da dron zərbəsinə tuş gəlib. Səudiyyə
Ərəbistanı ertəsi gün marşrutu müvəqqəti olaraq bağladığını elan
edib.
ABŞ prezidenti Donald Tramp sentyabrın 12-də İranın bu hücuma görə
məsuliyyət daşıdığını bildirib.
"Düşünürəm ki, məsuliyyət daşıyırlar, yəqin ki,
daşıyırlar", – o, Dublində jurnalistlərin İranın
insidentdəki rolu barədə sualına belə cavab verib.
Ər-Riyad hücumun İraq ərazisindən buraxılan dronla həyata
keçirildiyini bildirib. Hələlik heç bir qruplaşma məsuliyyəti
üzərinə götürməyib.
"Şərq-Qərb" boru kəməri Səudiyyə Ərəbistanının Hörmüz boğazından
keçmədən Qırmızı dənizə neft nəql edən ən vacib marşrutlarından
biridir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415