İranın nüvə enerjisi üzrə rəhbərinin Vyanada BMT-nin atom enerjisi
agentliyinin illik konfransında iştirakına icazə verilməyib.
Tehranın Avstriyaya rəsmi etirazını bildirib. Xəbəri sentyabrın
14-də İran dövlət televiziyası yayıb.
Məlumata görə, Məhəmməd İslami və onun nümayəndə heyəti sentyabrın
12-də Vyanaya uçub, ancaq Beynəlxalq Atom Enerjisi Agentliyinin
(BAEA) toplantısında iştirak edə bilməyib və Tehrana qayıdıb.
Vyanada anonim diplomatik
mənbə AFP-yə bildirib ki, İslamiyə
Avstriyaya giriş icazəsi ABŞ-nin təzyiqi ilə verilməyib.
İran Xarici İşlər Nazirliyi (XİN) qərarı müzakirə etmək üçün
Avstriyanın müvəqqəti işlər vəkilini çağırıb. Nazirliyin sözçüsü
İsmayıl Bəqai Vaşinqtonu Vyanaya təzyiq göstərməkdə
günahlandırıb.
ABŞ bu iddianı cavablandırmayıb.
İranın atom enerjisi üzrə rəsmisi Bəhruz Kamalvandi AFP-yə bildirib
ki, nümayəndə heyətinin girişinə qoyulan qadağa digər ölkələrə də
təsir edəcək bir presedent yaradıb.
Qərb dövlətləri İranın nüvə silahı hazırlamağa çalışdığından
şübhələnir, Tehran isə bu iddiaları rədd edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.