"Çevik" ləqəbli bloqer Məqsəd Bağırov həbs olunub
Sosial mediada dini mövzuda mübahisəli çıxışları ilə tanınan "Çevik" ləqəbli bloqer Məqsəd Bağırov həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan bloqer barəsində Səbail rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

31 yaşlı Bağırova Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.

Bloqer sentyabrın 2-də
yaşadığı Qəbələ rayonunda döyülmüş və xəstəxanaya yerləşdirilmişdi. Onu döyməkdə ittiham olunan Kamran Bilalovu da DTX əməkdaşları saxlayıb. Bilalov isə CM-nin 283.2.1 (dini nifrət və ya düşmənçiliyin salınması, zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.

"Çevik" iyulun sonunda da inzibati qaydada 10 sutka həbs olunmuşdu. O zaman o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib. Sözügedən maddə internetdə cəmiyyətə hörmətsizlik edən və əxlaq qaydalarını pozan şəxsləri cəzalandırmağı nəzərdə tutur. Bura internet vasitəsilə açıq şəkildə söyüş söymək, nalayiq jestlər etmək və ya bədənini milli dəyərlərə zidd formada nümayiş etdirmək daxildir.

İddialara görə, Bağırov TikTok-da canlı yayım zamanı Qarabağ döyüşlərində həlak olmuş şəxslərdən birinin ailə üzvünü təhqir edib.

Bloqerin özü də Qarabağ döyüşlərinin iştirakçısı olub.

Hazırda onun ittiham olunduğu CM-in 283.1 maddəsinin sanksiyasında 8 min manatdan 12 min manatadək cərimə və ya 2 ilədək islah işləri, yaxud da 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google