Acarada qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin

qanunsuz əldə edilməsi-saxlanılması və satılmasına şərait yaratma ittihamı ilə müxtəlif vaxtlarda 6 xarici ölkə vətəndaşını saxlayıblar.

Qurumun məlumatına görə, kompleks şəkildə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Batumi və Xelvaçauridə təqsirləndirilən şəxslərin üzərindən, müvəqqəti yaşayış mənzillərindən, avtomobillərindən, eləcə də müxtəlif yerlərdən satış üçün hazırlanmış xüsusilə
külli miqdarda narkotik vasitələr, o cümlədən "Metadon", "Alfa-PVP" və narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı "kvarta" maddələri ilə aparılır, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google