Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2026-cı il
oktyabrın 1-dən Qiorqi Zakaraşvili Gürcüstanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
2018-ci il avqustun 29-dan 2026-cı ilin aprelinədək Gürcüstanın
Azərbaycandakı səfiri Zurab Pataradze idi. Cari ilin aprelin 28-də
o, Acariya Muxtar Respublikasının Hökumət sədri vəzifəsinə
təsdiqlənib — Pataradze bu vəzifəni 2016–2018-ci illərdə də
tuturdu.
Qiorqi Zakaraşvilinin Xarici
İşlər Nazirliyinin mərkəzi aparatında
və diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsi var.
2026-cı il oktyabrın 1-də onun Gürcüstanın Ukraynadakı fövqəladə və
səlahiyyətli səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifəsində
rotasiya müddəti başa çatır. O, bu vəzifəni 2021-ci ildən
tuturdu.
Qurumun məlumatına görə, 2016–2019-cu illərdə Giorgi Zakaraşvili
Rusiya Federasiyasında İsveçrə Konfederasiyası səfirliyinin
Gürcüstan maraqları bölməsində fövqəladə və səlahiyyətli elçi
vəzifəsində çalışıb, 2012–2016-cı illərdə isə Gürcüstanın
Ukraynadakı səfirliyinin və GUAM-dakı daimi nümayəndəliyinin
fövqəladə və səlahiyyətli elçisi olub.
Müxtəlif illərdə o, həmçinin Xarici İşlər Nazirliyinin Siyasi
departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr
idarəsinin rəisi vəzifələrini tutub.
Qiorqi Zakaraşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik
dərəcəsi verilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.