Latviyanın müdafiə naziri Rusiyanın Kalininqradla bağlı NATO-ya son
nüvə xəbərdarlığından sonra bölgədə təhlükə yaranacağı ehtimalını
aşağı qiymətləndirib.
"Hazırda yaxınlaşan real bir təhlükə
görmürəm", – Rayvis Melnis sentyabrın 30-da
Vaşinqtonda AzadlıqRadiosuna müsahibəsində deyib.
NATO-nun baş katibi Mark Rutte də Rusiyanın xəbərdarlığını o qədər
də ciddi qəbul etmədiyini vurğulayıb.
Rusiya bu həftə NATO-ya xəbərdarlıq edib ki, Qərb
alyansı
Kalininqradı təcrid etməyə cəhd göstərərsə, Moskva nüvə silahları
daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazırdır.
Rusiyanın Baltik sahilində yerləşən bu eksklavı güclü şəkildə
hərbiləşdirilib və coğrafi baxımdan NATO üzvləri olan Polşa ilə
Litva arasındadır.
NATO üzvlərinə göndərilən diplomatik memorandumda Moskva alyansın
bu ərazini hava və dəniz blokadasına almağa hazırlaşdığı barədə
məlumatı olduğunu bildirib.
Rutte Rusiyanı nüvə təhdidlərinə son qoymağa çağırıb. O, NATO-nun
müdafiə xarakterli alyans olduğunu xatırladıb. Baş katib əlavə edib
ki, Rusiya prezidenti Vladimir Putin NATO ilə birbaşa münaqişədə
heç vaxt qalib gələ bilməyəcək.
Melnis bildirib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə
başlayandan bəri dəfələrlə nüvə təhdidlərinə əl atıb. Onun
fikrincə, Moskva bu ritorikadan Qərb ölkələrinin əhalisini
qorxutmaq, Kiyevə dəstəyi zəiflətmək və NATO alyansının birliyini
sınağa çəkmək üçün istifadə edir.
Eskalasiya riskləri?
Rusiyanın bu xəbərdarlığı
silahlara nəzarət və təhlükəsizlik üzrə mütəxəssisləri narahat
edib. Kalininqradın strateji mövqeyi və Rusiyanın yenilənmiş nüvə
doktrinası bu narahatlıqlara əsas verir.
Vaşinqtonda yerləşən Silahlara Nəzarət Assosiasiyasının icraçı
direktoru Deril Kimbol AzadlıqRadiosuna bildirib ki, Rusiyanın
təhdidi ciddi qəbul edilməli və pislənməlidir. Onun sözlərinə görə,
Moskvanın bəyanatları nüvə silahından istifadənin yarada biləcəyi
təhlükələrə qarşı etinasız yanaşmanı əks etdirir.
Kimbol qeyd edib ki, NATO Kalininqradı blokadaya almaq üçün hərbi
əməliyyat hazırlaşana oxşamır. Belə bir qarşıdurma nəzərdən
keçirilsə belə, nüvə güclərinin və ya hərbi ittifaqların iştirak
etdiyi münaqişədə bu silahdan istifadə cavab zərbəsinə, gərginliyin
artmasına və fəlakətli nəticələrə yol aça bilər.
Ekspertin fikrincə, Moskva öz narahatlıqlarını nüvə hücumu ilə
hədələmək əvəzinə, NATO ilə diplomatik kanallar vasitəsilə həll
etməlidir:
"Kreml mövqeyini aydınlaşdırmaq, problemləri
diplomatik və məsuliyyətli şəkildə həll etmək üçün NATO ölkələrinin
paytaxtları ilə birbaşa əlaqə saxlamalıdır".
Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi Linn Rasten
isə deyir ki, Qərbin nöqteyi-nəzərindən Rusiyanın son nüvə
ritorikası "ağılsız və həddən artıq şişirdilmiş" görünür. Bununla
belə, o, bir sıra riskli amillərin eyni vaxtda cəmləşdiyi barədə
xəbərdarlıq edib: Rusiyanın təhdidləri və təxribat xarakterli
hibrid müharibəsi, NATO və Rusiya qüvvələrinin bir-birinə çox yaxın
ərazilərdə fəaliyyət göstərməsi, Qərbin Ukraynaya davam edən
dəstəyi və tərəflər arasında məzmunlu dialoqun olmaması.
Onun sözlərinə görə, Rusiya və NATO-nun bir-birinə zidd qırmızı
xətlər” müəyyənləşdirdiyi indiki şərait təhlükəli və yanlış hərbi
hesablamalara yol aça bilər.
Hibrid hücumlar
R.Melnisin fikrincə, əsas təhlükəni kiberhücumlar, sabotaj aktları
və miqrasiyadan təzyiq vasitəsi kimi istifadə kimi hibrid fəaliyyət
yaradır.
"Biz vəziyyəti izləyirik, ukraynalı tərəfdaşlarımız və
NATO müttəfiqlərimizlə sıx işləyirik", – Melnis
deyib. O əlavə edib ki, Latviyada təhlükələrin qiymətləndirilməsi
fasiləsiz prosesdir və hibrid təhdidlər getdikcə artır.
Nazir bildirib ki, Rusiyanın Ukraynada müharibəni davam etdirməklə
yanaşı, eyni vaxtda hər hansı NATO ölkəsinə qarşı adi silahlarla
genişmiqyaslı hücuma başlamaq imkanında olduğunu düşünmür.
Bununla belə, Latviya dronlara qarşı müdafiəsini də gücləndirir.
Melnisin sözlərinə görə, ölkə Ukraynanın döyüş təcrübəsindən geniş
istifadə edərək Rusiya və Belarusla sərhəd boyunca dronları
zərərsizləşdirən sistemlər və əlavə radarlar yerləşdirib. NATO-nun
qırıcı təyyarələri səmada əlavə təhlükəsizlik qatını təmin edir.
Latviya özü isə orta- və yaxınmənzilli hava hücumundan müdafiə
sistemləri alır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.