Şahmatçı Harri Kasparov bildirib ki, Litva və ABŞ xüsusi xidmət
orqanları onu və "Azad Rusiya Forumu"nun həmtəsisçisi
İvan Tyurini həyatlarına təhlükə olduğu barədə xəbərdar ediblər.
Bundan əvvəl İspaniyanın "El Mundo" qəzeti Rusiya hakimiyyəti ilə
əlaqəli şəbəkənin üç müxalifətçinin qətlini planlaşdırdığını
yazıb.
"Nə mənə, nə də İvana birbaşa deyilməyib ki, sui-qəsdi
törədəcək şəxslərə qarşı ittiham materiallarında adları gizlədilən
insanlar məhz bizik. Amma Litva və ABŞ xüsusi xidmət orqanları
həyatımızın təhlükədə olduğunu bildirib və təhlükəsizlik tədbirləri
görməyimizi istəyiblər", – Kasparov yazıb.
Sentyabrda ABŞ Federal Təhqiqat Bürosu (FBI) və digər müvafiq
qurumlar Rusiya casus şəbəkəsinin ifşa olunduğunu açıqlayıblar.
İddiaya görə, bu şəbəkəyə Rusiya xüsusi xidmət orqanlarının keçmiş
polkovniki, 63 yaşlı Yuri Xrameyev, onun oğlu - Federal
Təhlükəsizlik Xidmətinin (FSB) 27 yaşlı zabiti Kirill Xrameyev,
Rusiyada yaşayan Kuba vətəndaşı Oemis Romaqosa Durruti, digər Kuba
vətəndaşı Yaidel Delqado Suares və Venesuela vətəndaşı Anxel
Eduardo Kastro daxildir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə,
onlar ABŞ-də iki, Litvada isə bir nəfəri izləmək və öldürmək üçün
adamlar cəlb ediblər.
"El Mundo" qəzeti sui-qəsd planının hədəfləri arasında ABŞ-də
yaşayan Kasparovu, onun Litvada məskunlaşan həmkarı Tyurini və
Dövlət Dumasının Kiyevlə Vaşinqtonda yaşayan keçmiş deputatı İlya
Ponomaryovu göstərib.
Ponomaryov "El Mundo"nun bu materialını şərh etməyib. Amma
siyasətçiyə yaxın bir mənbə BBC-yə bildirib ki,
"bu,
artıq ona qarşı doqquzuncu sui-qəsd cəhdidir".
Sentyabrın 15-də ABŞ Ədliyyə Nazirliyi ikisi Rusiya vətəndaşı
olmaqla, beş nəfərə qarşı məxfiliyi qaldırılmış ittiham aktını dərc
edib. Sənədə əsasən, həmin şəxslər Rusiya xüsusi xidmət
orqanlarının tapşırığı ilə ABŞ daxil olmaqla, müxtəlif ölkələrdə
qətllər və diversiyalar hazırlayıblar.
İttihamnamədə bildirilir ki, təqsirləndirilən şəxslər RIS adlı
şəbəkənin üzvləridir. Bu şəbəkə 2024-cü ildən bəri ABŞ və digər
ölkələrin vətəndaşlarına Rusiya hakimiyyətinin əleyhdarlarını təqib
edib öldürmək, həmçinin Ukraynaya dəstək verən Avropa ölkələrində
mülki və hərbi infrastruktura qarşı diversiyalar törətmək üçün pul
ödəyib və ya ödəməyə cəhd göstərib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.