Ermənistan Sünik vilayətində mülki şəxsi yaraladığı iddia edilən
azərbaycanlı hərbçinin saxlandığını bildirir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə,
sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
onlara bir hərbi qulluqçunun naməlum şəraitdə xidmət yerini tərk
etməsi barədə xəbər verib.
"Həmin hərbçinin Ermənistan Respublikasının sərhədini
qanunsuz keçməsi ehtimalı istisna olunmayıb. Bundan sonra
Ermənistan və Azərbaycanın səlahiyyətli qurumları birgə axtarış
əməliyyatları həyata keçiriblər", – MTX-nin
açıqlamasında bildirilir.
Məlumata görə, oktyabrın 1-də saat 14:15-də Ermənistan Daxili İşlər
Nazirliyinin "112" operativ idarəetmə mərkəzinə Sünik vilayətinin
Şaki qəsəbəsində Ermənistan vətəndaşının ayağından güllə yarası
alması barədə siqnal daxil olub. MTX həmin hadisəni azərbaycanlı
hərbçinin törətdiyini, onun artıq saxlanıldığını bildirir.
"Hadisənin təfərrüatları Azərbaycan tərəfinə təqdim edilib. Faktla
bağlı Ermənistan Respublikasının İstintaq Komitəsində cinayət işi
başlanıb", – MTX-nin məlumatında deyilir.
Baş Prokurorluq əsgərin itkin düşməsi ilə bağlı cinayət işi
açıldığını bildirir
Oktyabrın 1-də axşam saatlarında
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti də bildirib ki,
Laçın istiqamətində hərbi qulluqçularının itkin düşməsi faktı ilə
bağlı cinayət işi başlanıb.
Mətbuat xidməti qeyd edib ki, bəzi sosial media səhifələrində Laçın
rayonu istiqamətində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi
Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.
Qurum bildiririb ki, sentyabrın 26-da N.Musayevin xidmət yerində
olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun
axtarışına başlanıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar
Nazirliyinin aidiyyəti qüvvələri zəruri axtarış tədbirləri həyata
keçiriblər.
“Bununla yanaşı, hadisənin hallarının araşdırılması
məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və
araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk
etməsinə əsaslı şübhələr müəyyən edilib”, - məlumatda
iddia edilir.
Əlavə edilib ki, həyata keçirilən tədbirlər nəticəsində N.Musayevin
Ermənistan ərazisində olduğu və həmin ölkədə saxlandığı müəyyən
edilib. Hazırda hadisənin digər hallarının aydınlaşdırılması
məqsədilə qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmasların
davam etdirildiyi bildirilir.
Bu açıqlamaya, hələlik, itkin düşdüyü bildirilən əsgərin
yaxınlarından münasibət almaq mümkün olmayıb.
Amma bu açıqlamadan əvvəl sosial şəbəkələrdə yayılan videoların
birində Nəsimi Musayevin yaxınları olduqlarını bildirən şəxslər
əsgərin Laçın rayonunda (Ermənistanla sərhəddə yerləşən rayon)
postda itkin düşdüyünü vurğulayaraq, hərbi hissə rəhbərliyindən heç
kimin onları qəbul etmədiyini qeyd ediblər.
Həmin iddialara Azərbaycanın cavabdeh rəsmi qurumlarından, hələlik,
ayrılıqda münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl də Azərbaycan və Ermənistan hərbçilərinin sərhədi
keçməsi halları qeydə alınıb. 2023-cü ildə Şahbuz rayonunun
(Naxçıvan) Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraiti
və məhdud görmə səbəbindən iki hərbçisinin itkin düşdüyünü
açıqlanmışdı. Sonradan onların Ermənistanda həbs olunduğu
bildirilib. Hüseyn Axundov və Aqşin Bəbirov həmin ilin dekabrında
azad edilərək vətənə qaytarılıb. Bunun qarşılığında Azərbaycan
erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.
Hazırda Azərbaycanda Qarabağdakı separatçı qurumun keçmiş
rəhbərləri də daxil olmaqla, 19 Ermənistan vətəndaşı saxlanılır.
Onlar 2026-cı ilin fevralın 5-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə
müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Beş nəfər ömürlük,
digərləri isə 15 ildən 20 ilədək həbs cəzası alıb. Ruben Vardanyan
və digər təqsirləndirilən şəxslər məhkəmə çıxışlarında ittihamları
qəbul etməyərək bəraət istəmişdilər.
Xatırlatma
Ötən əsrin 80-ci illərinin sonunda
gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında
hərbi toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində
Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal
edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrındakı
birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini tam bərpa edib. R.Vardanyan və separatçı rejimin
digər rəhbərləri elə həmin vaxt saxlanılıblar. Paralel olaraq
Qarabağdakı erməni əhali də Ermənistana köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda, ABŞ prezidenti Donald Trampın
vasitəçiliyi ilə 30 ildən artıq davam edən münaqişəyə son qoyan
sülh sazişi paraflanıb. Paraflanmış sənədin mətnində tərəflər
bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyır və qarşılıqlı hüquqi
iddiaların geri götürüləcəyini öhdəsinə götürür.
Artıq iki ölkə arasında birbaşa yükdaşımalar da bərpa edilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.