Tarixçi olan səfir Əli Moucani Gürcüstan və İranın "fərqli"
tarixini göstərmək üçün kraliça Ketevandan yazıb.
Xristian hökmdar olan Ketevan İslamı qəbul etmədiyi üçün 1624-cü
ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə işgəncə verilərək edam
olunub.
Sentyabrın 25-də - Ketevan günü ərəfəsində Moucani Facebook-da İran
səfirliyinin qarşısında çəkilmiş fotosunu paylaşıb. Həmin vaxt
səfirliyin fasadına kraliçanın təsviri
proyeksiya olunub.
O bildirib ki, tezliklə İran və Gürcüstan mənbələrinə əsaslanan
ilkin araşdırmaların nəticələrini təqdim edəcək. Səfir vurğulayıb
ki, bu materiallar rəsmi mövqe deyil, sadəcə bir tarixçi kimi öz
şəxsi baxışıdır. Gürcü dilində etdiyi paylaşımda o, bu cür tarixi
hadisələrin "yeni" yozumunun iki xalqın bir-birini daha yaxşı
tanımasına töhfə verə biləcəyini qeyd edib.
Ancaq səfirin bu sözləri gürcü cəmiyyətində kəskin etiraz doğurub
və o, Tbilisidə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Narazılar
diplomatın açıqlamasını iki ölkə arasında münasibətlərin onsuz da
gərgin olduğu bir vaxtda tarixə yenidən baxmaq cəhdi kimi
qiymətləndirirlər.
XİN-dən Tehrana çağırış
"Bu şəxs deyir ki, məsələyə fərqli baxışlar var və onları
müzakirə etmək niyyətindədir. "Fərqli baxışlar" dedikdə o, nəyi
nəzərdə tutur?", – gürcü tarixçi Beka Kobaxidze
müxalifətyönlü "TV Pirveli" kanalında sual edib. Tarixçi daha sonra
əlavə edib:
"Müqəddəs Ketevanın Şah Abbas tərəfindən
işgəncələrlə öldürülməsi təsdiqlənmiş tarixi faktdır. Şəhid Ketevan
məhz buna görə müqəddəs elan edilib. Ümumiyyətlə, hansı fərqli
baxışlardan danışa bilərik?".
Moucani həmin "fərqli" baxışların nədən ibarət olduğuna aydınlıq
gətirməyib.
Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili
sentyabrın 29-da nazirliyə çağırılan səfirin diqqətinə çatdırıb ki,
onun sosial şəbəkə paylaşımları diplomatik fəaliyyət çərçivəsindən
kənara çıxır və ölkədəki ictimai əhval-ruhiyyəyə mənfi təsir
göstərir.
Xvtisiaşvili Gürcüstanın "əlavə tədbirlər" görməsinə ehtiyac
qalmaması üçün Tehranı bu cür insidentlərin təkrarlanmamasını təmin
etməyə çağırıb. Rəsmi qurumlar hansı tədbirlərin nəzərdə
tutulduğunu açıqlamayıb.
Bu ilin əvvəlində - ABŞ və İsrailin fevralın 28-də İrana hücumlara
başlamasından sonrakı günlərdə də Moucani Tbilisini
qəzəbləndirmişdi. Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə ABŞ
dövlət katibi Marko Rubio arasında telefon danışığından sonra səfir
üstüörtülü təhdidlər səsləndirmişdi. Moucani xəbərdarlıq etmişdi
ki, ABŞ və İsrailin hərbi əməliyyatına hər hansı formada yardım
edən ölkələr "bunun bədəlini öz sərhədləri daxilində ödəyə
bilərlər". İran səfirliyi Moucaninin son açıqlamalarını şərh
etməyib.
Gürcüstanda reaksiyalar
Gürcüstanın həm
müxalifət, həm də iqtidar düşərgəsini təmsil edən siyasətçiləri
məsələyə münasibət bildiriblər. Hakim "Gürcü arzusu" partiyasının
üzvü, parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz
Samxaradze Gürcüstanla İranın keçmişdə çətin münasibətləri olduğunu
deyib.
Müxalif "Lelo" partiyasından Qriqol Qeqelia isə bildirib ki, bu
hadisə "Gürcü arzusu"nun hakimiyyəti dövründə Gürcüstanın
suverenliyinin nə qədər zəiflədiyini göstərir.
Gürcüstan Patriarxlığının yüksəkrütbəli din xadimlərindən biri də
bu paylaşımı "tarixi yenidən yazmaq cəhdi" adlandırıb.
Ketevan (təxminən 1560-1624-cü illər) Kaxeti kralı I Davidin xanımı
və kral I Teymurazın anası olub. O, Gürcüstanın şərqindəki bu
krallığın faktiki hökmdarı olub, İranın bölgədəki hökmranlığına
müqavimət göstərib.
1614-cü ildə I Şah Abbasın Gürcüstana hərbi yürüşləri zamanı
Ketevan girov götürülərək İrana aparılıb. 10 il əsirlikdə qaldıqdan
sonra İran hökmdarının İslamı qəbul etmək tələbini rədd edib.
1624-cü ildə o, indiki İranın cənubundakı Fars vilayətinin mərkəzi
Şiraz şəhərində işgəncəyə məruz qoyularaq edam edilib. Gürcü və
avropalı səyyahlar, eləcə də din xadimləri onun bu ölümünü
salnamələrə köçürüblər. Sonradan Gürcü Pravoslav Kilsəsi Ketevanı
müqəddəs elan edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.