Sentyabrda Yaxın Şərqdən xam neft ixracı İranla müharibə
başlayandan bəri ən yüksək səviyyəyə çatıb.
Sahə mütəxəssislərinin təhlillərinə görə, bu, İranın Hörmüz
boğazında gəmilərə hücumlarına baxmayaraq, tədarükdə artımı
gücləndirir.
Xam neft tədarükü artsa da, neft emalına məhdudiyyətlər hələ də
qalır. Dünyada dizelin kəskin bahalaşmasının əsas səbəbi məhz bu
amildir. Avropa İttifaqının oktyabrın 1-də açıqladığı rəqəmlər
yanacaqdoldurma məntəqələrində dizelin
qiymətinin rekord həddə
çatdığını göstərib. Neft ixracının bərpasına baxmayaraq, ABŞ-də də
qiymətlər kəskin artıb.
"Fars körfəzindən hasil edilən neftin həcmi bir
çoxlarının bir neçə ay öncə proqnozlaşdırdığından daha
çoxdur", – "Lloyds List" nəşrinin baş redaktoru
Riçard Mid oktyabrın 1-də onlayn brifinqdə bildirib.
Neft axını artır
"Lloyds List"in məlumatları iyulun ortalarından bəri Hörmüz
boğazından keçən xam neft tankerlərinin sayının davamlı olaraq
artdığını göstərir. Bundan əvvəl kəskin azalma qeydə alınmışdı.
Həmin azalma münaqişəni bitirməyə yönəlmiş ABŞ-İran anlaşma
memorandumunun qüvvədən düşməsi fonunda baş vermişdi.
"JP Morgan" investisiya bankı sentyabrda Yaxın Şərqdən xam neft
ixracının müharibədən əvvəlki səviyyənin 98 faizinə çatdığını
bildirib, və bunu "hələ də müharibə gedən region üçün nəzərəçarpan
bərpa" adlandırıb.
Əmtəə bazarını təhlil edən "Kpler" şirkəti Səudiyyə Ərəbistanından
neft ixracının 2025-ci ilin orta səviyyəsinə yüksəldiyini bildirib.
"Vindvard" dəniz daşımaları üzrə məlumat və təhlil şirkəti isə
Səudiyyə terminallarında avqust ilə müqayisədə dörd dəfə çox neft
yükləndiyini qeyd edib. Bu, böyük artım olsa da, yanvar
göstəricisindən hələ də təxminən 40 faiz aşağıdır.
AzadlıqRadiosunun jurnalisti Rey Förlonq ixracın bərpasının
arxasında bir neçə amilin dayandığını yazır. Səudiyyə Ərəbistanının
Şərq-Qərb neft kəməri, nefti qısa məsafələrə daşıyan gəmilərdən
istifadə və neftin bir gəmidən digərinə ötürülməsi bu amillər
sırasındadır.
Səudiyyə Ərəbistanının sözügedən neft kəməri Hörmüz boğazından yan
keçərək xam nefti Qırmızı dənizdəki Yənbu limanına nəql edir.
Sentyabrın 10-da kəmər İranın dəstəklədiyi husi silahlılarının
hücumu nəticəsində zədələnib. Amma ayın sonuna doğru Yənbudan
daşımaların çoxalması kəmərin zədələnmiş ötürücülük gücünün ən azı
bir hissəsinin bərpa olunduğundan xəbər verir.
Birləşmiş Ərəb Əmirlikləri də oxşar çıxış yolu tapıb: Oman
körfəzindəki Füceyrə limanına uzanan neft kəmərindən istifadə edir.
Bu kəmər də İranın hücumlarına məruz qalsa da, Hörmüz boğazı ilə
müqayisədə risklərə qarşı daha az həssasdır.
Nefti bazara çıxarmağın digər yolu onu daha kiçik gəmilərlə Hörmüz
boğazından keçirməkdir. Bu gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin
keşik çəkdiyi və Oman sahilləri boyunca uzanan marşrutdan istifadə
edir. Çox vaxt konvoy şəklində hərəkət edən gəmilər yüklərini Oman
körfəzinin təhlükəsiz sularında tankerlərə ötürürlər.
Bu arada, Hindistandakı neft emalı zavodlarının da həmin marşrutdan
yararlanmaq üçün tankerlər sifariş etməyə başladığı xəbər
verilir.
Hücumlar davam edir
Buna baxmayaraq, gəmiçilik üçün risklər hələ də qalmaqdadır.
Sentyabrın 30-da Hörmüz boğazından keçən Liberiya bayraqlı üç
tanker naməlum mərmilərlə vurulub. Sahə analitiklərinin fikrincə,
mövcud risklər artıq neftin qiymətinə daxil edilib.
"İxracın artması mütləq Hörmüz boğazının təhlükəsiz
hala gəlməsi demək deyil. Bu, sadəcə neft sənayesinin mövcud
təhlükəyə uyğunlaşaraq işləməyə alışdığını göstərir",
– Mid deyib.
Xam neftin qiyməti son vaxtlar yüksəldiyi pik səviyyələrdən aşağı
düşsə də, neft emalındakı məhdudiyyətlər qlobal problem olaraq
qalır. Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, bu
problemin böyük hissəsi Fars körfəzində cəmləşib.
Agentlik bildirib ki, İranın neft emalı zavodlarına hücumları və
Hörmüz boğazında dəniz nəqliyyatının pozulması istehsalı kəskin
azaldıb.
"2025-ci ildə Yaxın Şərq istehsalçıları gündə 3.3 milyon barel neft
məhsulu ixrac edirdilər. Münaqişə başlayandan isə gündəlik 3 milyon
barelədək emal gücü əlçatmaz olub", – BEA sentyabrın
21-də bildirib.
Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları da dünyada
dizel qıtlığını daha da dərinləşib. Kreml dizel ixracına qadağa
qoymalı olub.
"Dünyadakı neft emalı zavodları artıq tam gücü ilə
işləyir. Bu isə qarşıdakı aylarda tədarükün daha da azalmasını və
qiymətlərin yüksəlməsini önləmək üçün çox az variantın qalması
deməkdir", – BEA xəbərdarlıq edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.