“Sadaxlı” gömrük-keçid məntəqəsindən dərman preparatlarının gizli
keçirilməsi faktı ilə bağlı bir nəfər ifşa edilib.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birgə həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri
nəticəsində gömrük sərhədindən xüsusilə külli miqdarda malın
keçirilməsi ilə bağlı qaydaların pozulması faktını
aşkarlayıblar.
Əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində müəyyən
edilib ki, Ermənistan
Respublikası vətəndaşı “Sadaxlı” gömrük-keçid
məntəqəsindən keçərək gömrük nəzarətindən gizli şəkildə müxtəlif
adda dərman preparatlarını Gürcüstanın gömrük sərhədindən
keçirib.
Məlumata görə, dərmanlar onun idarə etdiyi minik avtomobilinin
baqajında yerləşən təbii qaz çənində hazırlanmış xüsusi gizli
bölmədə olub.
Dərman preparatlarının gömrük dəyəri 44 892 lari təşkil edib.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci
hissəsi ilə istintaq aparılır. Həmin maddə 5 ildən 7 ilədək müddətə
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.