“Qırmızı Körpü” gömrük nəzarəti zonasında 1 milyon lari dəyərində bəyan edilməmiş mal aşkarlanıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Maliyyə Nazirliyinin İstintaq Xidməti və Baş Prokurorluğun nümayəndələri ilə koordinasiyalı şəkildə Gürcüstan ərazisindən aksiz markası ilə məcburi markalanmalı malların aksiz markası olmadan daşınması və külli miqdarda bəyan edilməmiş tibbi dərmanların daşınması faktının qarşısını alıblar.

Müəyyən edilib ki, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin nəzarət zonasında Gürcüstandan Azərbaycan istiqamətində ixrac proseduru ilə şəkər yüklənmiş
3 yük avtomobili hərəkət edib.

Səlahiyyətli şəxslər tərəfindən risklərin qiymətləndirilməsi və təhlili nəticəsində yük avtomobilləri saxlanılıb. Avtomobillərdən birinə ətraflı baxış zamanı bəyan edilməmiş mallar – “MILANO” markalı 100 000 qutu siqaret və müxtəlif adda 1 114 ədəd tibbi dərman preparatı aşkarlanıb.

Bəyan edilməli olan siqaretlərin ümumi bazar dəyəri 575 000 lari, dərman preparatlarının dəyəri isə 485 min laridən çox olub.

Ümumilikdə aşkarlanan bəyan edilməmiş malların ümumi dəyəri 1 060 000 laridən çoxdur.

İş üzrə istintaq Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google