Kriptovalyuta ticarətindən gəlir vədi ilə 90 500 larinin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə Şöbəsinin və İmereti Polis Departamentinin Bağdati rayon şöbəsinin əməkdaşları külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs vətəndaşlara kriptovalyuta ticarətindən gəlir əldə edəcəklərini vəd edib. O, vətəndaşları əldə olunan gəliri müvafiq qazanc şəklində onlara verəcəyinə,
yatırdıqları əsas məbləği isə geri qaytaracağına inandırıb.

Bu vədlə vətəndaşlar ona müxtəlif məbləğlərdə pul veriblər. Lakin istintaqın məlumatına görə, saxlanılan şəxs razılaşmanı yerinə yetirməyib və qanunsuz mənimsəmək məqsədilə vətəndaşlara məxsus 90 500 larini dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları kişini məhkəmənin qərarı əsasında İmereti bölgəsində saxlayıblar.

İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu cinayət 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google