Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin İstintaq
İdarəsinin əməkdaşları külli miqdarda pul vəsaitinin qrup halında,
dələduzluq yolu ilə mənimsənilməsi ittihamı ilə əvvəllər məhkum
olunmuş iki nəfəri saxlayıblar.
İstintaq nəticəsində aydın olub ki, Batumidə fəaliyyət göstərən
tikinti şirkətinin rəhbərləri vətəndaşlara mənzilləri
mülkiyyətlərinə verəcəklərini vəd edərək, bunun müqabilində
onlardan külli miqdarda pul alıblar.
Təqsirləndirilən şəxslər mənzilləri alıcıların adına
mülkiyyət kimi
qeydiyyata almayıb, sahələri yalnız faktiki istifadəyə veriblər.
Daha sonra vətəndaşlar mənzilləri öz vəsaitləri hesabına təmir
etdikdən sonra təqsirləndirilən şəxslər əlavə pul əldə etmək
məqsədilə həmin sahələri başqa şəxslərə satıblar.
İstintaqın məlumatına görə, qeyd olunan cinayət sxemi ilə
təqsirləndirilən şəxslər vətəndaşlara məxsus 190 502 ABŞ dolları və
42 600 larini dələduzluq yolu ilə mənimsəyiblər.
Polis hər iki şəxsi məhkəmənin qərarı əsasında saxlayıb.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci və
üçüncü hissələri ilə istintaq aparılır. Həmin cinayət 9 ilədək
müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.