İmir kənd sakinləri ağır tonnajlı avtomobillərin kənddən keçməsinə etiraz edirlər
İmir kənd sakinləri kənddən keçən asfalt yolun böyük çəkili yük maşınları tərəfindən xarab edilməsinə etiraz edirlər.
İllərdir təmirsiz qalan və bu yaxınlarda bərpa olunan yol ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində sıradan çıxır. Sakinlərin sözlərinə görə, alternativ yolun olmasına baxmayaraq, bəzi sürücülər kənd içindəki yoldan istifadə edirlər.


Kənd sakini Elşən Məmmədov bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara və yerli icra hakimiyyətinə dəfələrlə müraciət edilsə də, problem hələ də öz həllini tapmayıb.

"Öz yolları düz olmadığına görə buradan gəlib-gedirlər. Bura tək bizim yol deyil, ümumi kəndin yoludur. Biz istəmirik ki, bu yol da xarab olsun. Neçə illərdir bu yol düzəlmirdi, nəhayət düzəldi. İndi də böyük maşınlar gəlib-getməyini istəmirik. İstəyirik ki, qoy bir neçə il heç olmasa yolumuz düz olsun, yaxşı olsun, palçıqlı olmasın. Uşaqlar məktəbə gedir-gəlir, ümumiyyətlə bütün kənd keçir buradan. Ona görə də istəmirik ki, bizim buradan böyük maşınlar getsin-gəlsin, buranı xarab eləsin, qırsın. Habelə yük dolu 40 tonluq maşın getdikcə daşıdıqları bu daş tökülür, qravil tökülür. Bu yol da 10 sm qalınlığındadır çox qalın deyil ki, ağırlığa tab gətirə. Oradan öz yolları var, gəlsinlər, keçsinlər. Kimin nə işi var? Amma buradan keçməklərini istəmirik. Müraciət olunub, meriyaya deyilib, bildirilib, kənd icra nümayəndəsi də bilir, deputat da bilir... Bu asfalt töküləndən gəlib-gedirlər. Kimi başa düşür, digər qara yol
ilə gedir”,
- Elşən Məmmədov dedi.

Digər kənd sakini Oruc Hüseynov ağır yüklü maşınların təkcə yola deyil, evlərə də zərər verdiyini bildirir. O, yük maşınlarının kəndə girişinin qarşısını almaq üçün şlaqbaum qoyulmasını istəyir.

"Böyük maşınlar gedir. Getdikcə bu yol yararsız vəziyyətə düşür. Tələb eləyirik ki, buradan böyük maşınlar getməsinlər. Maşının öz çəkisi 20 tondursa, bir 20-30 ton da yükü olur. O tək yola zərər vermir, eyni zamanda evlərə də zərər verir. Evlərdə çatlar əmələ gəlir. Dedik şlaqbaum qoyulsun, icazə verilmədi. Daha sonra dedik heç olmasa ən azından nişan qoyulmalıdır ki, böyük çəkili maşınlar buradan keçməsinlər. O da hələ bir cavab yoxdur, görək. Çox yerə bildirilib, bilirlər mövzunu”, - Oruc Hüseynov bildirdi.

İmir kəndində iki qum-çınqıl karxanası fəaliyyət göstərir. Sakinlərin sözlərinə görə, karxanalardan biri 40 ildir işləyir və artıq istismar müddəti bitdiyindən bağlanmalıdır.

Kənd sakini Tofiq Namazov digər sürücülərin karxana üçün nəzərdə tutulmuş öz yolları ilə hərəkət etdiyini, lakin bir sürücünün xalqın etirazına baxmayaraq kənd yolundan istifadə etməyə davam etdiyini deyir.

“Yolumuza asfalt tökülüb. Yüklü maşınlar gedib asfaltımızı xarab eləyir. Biz tələb edirik ki, karxananın yolu buradan bağlansın, böyük maşınlar buradan işləməsin. Karxananın özünün başqa yolu var. Bir nəfər var ki, o bizlə prinsipə düşüb, höcətləşib ki, “mən buradan gedəcəyəm”. Şikayət elədik, icradan nümayəndələri gəldilər. Onlar da o adama dəstək oldular, bizə bir məlumat vermədilər. Bizim ixtiyarımız yoxdur dedilər, vəssalam. Nəyə görə başqa maşınların hamısı oradan işləyir, bir maşın buradan işləməlidir? Karxananın öz yolu var, öz yolu ilə getsin. Bizim tələbimiz yalnız budur ki, bir dənə şlaqbaum qoyulsun, böyük maşınlar buradan işləməsin. Yol ilə uşaq, böyük gedir, mal-qara keçir. Qorxuludur. Sürətlə işləyirlər buradan. Böyük maşınlar minik maşın kimi sürürlər. Tramplin qoymuşuq, tramplindən keçəndə ev silkələnir. Adam səs-küydən səksənir. Belə olmaz axı. Dövlət adamları da heç baxmadı, bizim şikayətimizə məhəl qoymadılar. Çıxdılar getdilər, vəssalam. Bütün hamısı da bizim ərazimizdə tikilir. Heyvan üçün otlaq yerimiz yoxdur. Bütün qazıblar, torpaqları satırlar, kəndçiyə də şərait yaratmırlar ki, mal-qara saxlasın", - Tofiq Namazov.

Məsələ ilə bağlı “Marneuli” radiosu İmir kənd icra nümayəndəsi Mahir Məmmədovla əlaqə saxladı. Onun sözlərinə görə, Marneuli meriyasının əməkdaşları dünən, 1 oktyabr tarixində kənddə olublar. İcra nümayəndəsi bildirdi ki, həmin sürücü ilə danışıqlar aparılıb və bundan sonra o, karxanaya gedən alternativ yoldan istifadə edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google