Gürcüstan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında
təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə saziş
imzalanıb.
Sənədi Gürcüstanın elm, təhsil və gənclər naziri Qivi Mikanadze və
Türkiyənin milli təhsil naziri Yusuf Tekin imzalayıblar.
Əməkdaşlıq çərçivəsində tərəflər təhsil sistemində yeni
texnologiyaların tətbiqinə və bu istiqamətdə təcrübə mübadiləsinə
dəstək verəcəklər. Xüsusi diqqət təhsil müəssisələri arasında
əlaqələrin genişləndirilməsinə, tələbələr, akademik heyət və
tədqiqatçılar
üçün mübadilə proqramlarının təklif olunmasına
yönəldiləcək.
Sənəddə həmçinin təhsilin keyfiyyətinin təminatı mexanizmləri
haqqında məlumat mübadiləsi, birgə tədqiqat layihələrinin həyata
keçirilməsi, təhsil müəssisələrində gürcü və türk dillərinin
öyrənilməsinin təşviq edilməsi nəzərdə tutulur.
Saziş iki ölkə arasında təhsil və mədəniyyət əlaqələrinin daha da
dərinləşməsinə, şagirdlər və təhsil sahəsinin nümayəndələri üçün
yeni imkanların yaradılmasına xidmət edəcək.
Əməkdaşlıq çərçivəsində Gürcüstan və Türkiyənin təhsil nazirlərinin
və ya onların səlahiyyət verdiyi yüksək vəzifəli şəxslərin
həmsədrliyi ilə birgə işçi qrupu yaradılacaq. İşçi qrupu sazişdə
nəzərdə tutulmuş təşəbbüslərin icrası prosesini əlaqələndirəcək və
əldə olunmuş nəticələrin qiymətləndirilməsi üzərində işləyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.