Enquri HES işğal olunmuş Abxaziyaya elektrik enerjisini pulsuz verməklə 64 milyon lari gəlir itirib

"Enquri HES" işğal olunmuş Abxaziyaya elektrik enerjisini pulsuz verməklə 64 milyon lari gəlir

itirib — bu barədə 2027-ci ilin büdcə layihəsinə əlavə edilən "Vergi risklərinin təhlili" sənədində qeyd olunub. Eyni sənədə əsasən, 2024-cü ildə itirilən gəlir 45 milyon lari təşkil edib. Maliyyə Nazirliyi bu məbləği kvazi-vergi fəaliyyət kimi qiymətləndirir.

Vergi riskləri hesabatına görə, 2025-ci ildə "Enquri
HES" MMC işğal olunmuş Abxaziyaya ümumilikdə 1,465 milyard kVt/saat elektrik enerjisi verib, ölkə daxilində 1,606 milyard kVt/saat satılıb, ixrac olunsa isə 309,2 milyon kVt/saat elektrik enerjisi çıxarılıb.

"Abxaziyaya pulsuz verilən enerji olmasaydı, şirkətin mənfəəti 2025-ci ilin sonunda 61 milyon lari olardı, hazırda isə şirkət hesabat ilini 3,7 milyon lari zərərlə başa vurub", — sənəddə deyilir.

Zərərin səbəbləri arasında şirkətin valyuta zərəri, mənfi məzənnə fərqi, xüsusilə larinin avro qarşısında ucuzlaşması göstərilir.

2025-ci ildə "Enquri HES" şəbəkəyə 3 milyard 381 milyon kVt/saat elektrik enerjisi ötürüb. Şirkətin gəliri 76 milyon lariyə qədər azalıb ki, bu da 2021-ci ildən bəri ən aşağı göstəricidir.

 

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google