Xüsusi Penitensiar Xidmət 6 saylı penitensiar müəssisədə cəza
çəkən Qiorqi Davitadzeyə qarşı seksual zorakılıq törədilməsi ilə
bağlı ittihamı “qəti şəkildə təkzib edir”.
Qurumun bəyanatı Davitadzenin Apellyasiya Məhkəməsində müəssisənin
deeskalasiya otağında mühafizəçilərin ona qarşı cinsi zorakılıq
törətdiyini deməsindən sonra yayılıb.
“Bu, tamamilə yalandır və Davitadze ailəsinin
penitensiar sistemin nüfuzdan salınması məqsədilə başladığı
kampaniyanın davamıdır”, – deyə qurum bildirir.
Penitensiar Xidmət “yüksək ictimai marağı nəzərə alaraq”, “qanunla
müəyyən edilmiş qaydada Davitadzenin deeskalasiya otağına
yerləşdirilməsini və orada olduğu müddəti əks etdirən videoyazıları
ictimaiyyətə açıqlamağa” hazır olduğunu
bildirir.
Xidmətin məlumatına görə, bu materiala həm istintaq orqanlarının,
həm də Xalq Müdafiəçisinin nümayəndələrinin artıq baxışı olub və
“cinayət əlamətləri aşkar edilməyib”.
Bəyanatda deyilir: “Davitadzeyə qarşı nəinki seksual, ümumiyyətlə,
heç bir zorakılıq baş verməyib”.
Xalq Müdafiəçisi Levan İoseliani bildirib ki, Ombudsman Aparatı
məsələni və videomaterialı ətraflı araşdırıb və zorakılığı təsdiq
edən sübutlar aşkar etməyib.
“Hər şey görünür” – Qiorqi Davitadze nə deyir
36 yaşlı Qiorqi Davitadze seksual zorakılığa məruz qalması barədə
Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı danışıb. Onun
söylədiklərini “TV Pirveli” yayıb.
Davitadzenin sözlərinə görə, №6 saylı penitensiar müəssisənin
deeskalasiya otağında təxminən on mühafizəçi ona qarşı zorakılıq
törədib və onu alçaldıcı şəkildə rəftar ediblər. Məhbusun iddiasına
görə, hadisənin bir hissəsi videokameralara da düşüb.
“Məni deeskalasiyaya apardılar və zorlamağa məruz
qoydular – barmaqla, əllə. […] Məni 10 nəfər, mühafizəçilər cinsi
zorakılığa məruz qoydular. Kamerada hər şey görünür”,
– deyə məhbus bildirib.
Davitadze həmçinin zorakılıqdan sonra intihara cəhd etdiyini
deyib.
Məhkum məhkəmədə bildirib ki, adlarını çəkdiyi əməkdaşların
məsuliyyət məsələsinə baxılmasa, aclıq aksiyasına başlayacaq.
Məhkəmə iclasında prokurorluğun nümayəndəsi Davitadzenin təsvir
etdiyi faktla bağlı araşdırmanın aparıldığını təsdiqləyib.
Penitensiar Xidmət daha əvvəl nə deyirdi
Xüsusi Penitensiar Xidmət Qiorqi Davitadze ilə bağlı mümkün
zorakılıq haqqında sentyabrın 21-də də bəyanat yayıb.
Qurum həmin vaxt da Davitadze ailəsinin ittihamlarını təkzib edib
və bildirib ki, məhkum müəssisənin rejim tələblərini və daxili
qaydalarını sistematik şəkildə pozur, münaqişəli vəziyyətlər
yaradır və əməkdaşları şifahi təhqir edir.
Penitensiar Xidmətin məlumatına görə, Davitadze 2025-ci il dekabrın
21-də deeskalasiya kamerasına yerləşdirilib. Qurumun bildirdiyinə
görə, ailə məhbusla ləyaqətini alçaldan rəftar edilməsi ilə bağlı
iddialarını məhz bu epizodla əlaqələndirir.
Penitensiar Xidmətin məlumatına görə, 2026-cı il martın 3-dən
etibarən Qiorqi Davitadzeyə aid videomateriallar fasiləsiz olaraq
arxivləşdirilir.
Ailə istintaqın reaksiya verməsini tələb edirdi
Sentyabrın 21-də Qiorqi Davitadzenin ailə üzvləri və tərəfdarları
aksiya da keçiriblər. Ailə iddia edir ki, №6 saylı penitensiar
müəssisənin əməkdaşları Davitadzeyə qarşı zorakılıq törədib və
məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Qiorqi Davitadze Tbilisi Sakrebulosunun keçmiş üzvü Avtandil
Davitadzenin oğludur. Avtandil Davitadze 2014-cü ildə Sakrebuloya
“Gürcü arzusu” koalisiyasının siyahısı ilə daxil olub və “Gürcü
arzusu – Milli Forum” fraksiyasının üzvü olub.
Ailənin sözlərinə görə, istintaq müvafiq videoyazıları götürüb və
penitensiar müəssisənin əməkdaşlarını dindirib, lakin onların heç
biri barəsində cinayət təqibinə başlanılmayıb.
Qiorqi Davitadzenin anası İrma Davitadze №6 saylı penitensiar
müəssisənin direktorunun və bir neçə əməkdaşın da məsuliyyətə cəlb
olunmasını tələb edir.
Qiorqi Davitadze Daxili İşlər Nazirliyinin əməkdaşı Şalva
Peradzenin yaralanması işi üzrə cəza çəkir. Davitadzenin ailəsi isə
həbsxanada ona qarşı törədildiyini iddia etdiyi zorakılığı məhz
Peradze ilə əlaqələndirir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.