Marneuli meri Nərimanov 1 ünvanında baş verən növbəti insidentlə bağlı nə deyir

Marneuli meriyasından bildirirlər ki, Nərimanov 1 ünvanında yerləşən binada bir neçə il əvvəl eyvanın

uçması nəticəsində iki nəfərin həyatını itirdiyi və 1 oktyabrda eyvanın fasadının uçduğu məkanda faktla bağlı araşdırmaya başlanılıb.

Marneuli meri Daur İsmayılov “Marneuli" radiosuna verdiyi açıqlamada bildirir ki, məlumat daxil olan kimi bələdiyyənin nümayəndələri dərhal əraziyə göndərilib. Onun sözlərinə görə, məsələ kompleks xarakter daşıyır
və meriya dövlət qurumları, eləcə də özəl sektorla danışıqlar aparır.

"Dünən bu barədə məlumat alan kimi Marneuli meriyasının aidiyyəti xidmətinin nümayəndələrini əraziyə göndərdik. Marneuli meriyası və aidiyyəti dövlət qurumları, həmçinin özəl sektorun nümayəndələri ilə danışıqlar həyata keçiririk, çünki bu, kompleks yanaşma tələb edən bir məsələdir. Bizim üçün ən vacib olan, ilk növbədə, əhalinin təhlükəsizliyidir. Biz sözügedən məsələnin vaxtında həll olunması üçün hər şeyi edirik", — Daur İsmayılov bildirir.

Konkret hansı addımların planlaşdırıldığı və hansı qurumlarla iş aparıldığı barədə suala mer konkret hansı qurumlara müraciət edildiyini və hansı konkret addımların atılacağını açıqlamır.

"Binanın müvafiq rəyi var. Bununla bağlı geniş məlumat verməkdən çəkinəcəyəm... Bir daha qeyd etmək istəyirəm ki, aidiyyəti səlahiyyətli qurumlarla danışıqlar aparırıq, çünki sözügedən məsələ asan həll olunan deyil, bunun üçün bizə müvafiq qurumlarla, dövlət qurumlarını nəzərdə tuturam, kommunikasiya lazımdır və biz bunu edirik, ümidimiz var ki, müvafiq qısa müddətdə bu məsələnin həllini birlikdə həyata keçirəcəyik".

Qeyd etmək lazımdır ki, "Marneuli" radiosu həmin qəzalı vəziyyətdə olan bina ilə bağlı dəfələrlə materiallar hazırlayıb. Bu məsələyə dair son materiallardan biri dəqiqliklə bir ay əvvəl dərc olunmuşdu və orada Marneulidə, Nərimanov küçəsində yerləşən çoxmənzilli qəzalı binanın bərpa taleyinin hələ də qeyri-müəyyən olduğu ortaya çıxmışdı. Avqust ayında "Marneuli" radiosu Marneuli meriyasına yazılı müraciət edərək binanın probleminin həlli üçün mövcud planlar, konkret işlər və büdcədə ayrılmış vəsaitlər haqqında məlumat istəmişdi.

Meriyanın rəsmi cavabından aydın olmuşdu ki, bina üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Lakin qurum binanın sökülməsinin və ya yeni binanın tikilməsinin planlaşdırılıb-planlaşdırılmadığı barədə sualı cavabsız qoymuşdu. Maliyyə resursuna gəldikdə isə, meriyadan bildirirlər ki, layihənin reallaşdırılması üçün tələb olunan vəsait cari ilin büdcəsində nəzərdə tutulmayıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google