Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına ordu göndərir
Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi kontingent göndərmək barədə qərar qəbul ediblər. Bazar ertəsi, oktyabrın 5-də Ər-Riyadda keçirilən təcili görüşün yekununda bu barədə razılıq əldə olunub. Görüş Səudiyyə Ərəbistanı ilə Yəmənin bir hissəsinə nəzarət edən iranyönlü husilər arasında münaqişənin kəskinləşməsi fonunda baş tutub.

Tərəflər Məkkə və Mədinəyə hücum cəhdlərini, Səudiyyə Ərəbistanının şəhərlərinə, həmçinin mülki və iqtisadi
infrastrukturuna edilən hücumları pisləyiblər. Bəyanatda bu hücumların konkret kim tərəfindən törədildiyi göstərilməyib.

Üç ölkə ilk dəfədir ki, müdafiə əməkdaşlığına dair "Məkkə paktı"nı tətbiq edirlər. 2026-cı il avqustun 7-də imzalanmış bu pakt NATO nizamnaməsinin 5-ci maddəsinə bənzər qarşılıqlı yardım mexanizmini nəzərdə tutur. Yəni, müqavilə tərəfdaşlarından birinə istənilən silahlı hücum onların hamısına qarşı hücum kimi qiymətləndirilir.

Səudiyyədə bir neçə min Pakistan hərbçisi var
Krallıq ərazisində artıq Pakistan hərbçiləri mövcuddur. İki ölkənin hərbi əməkdaşlığı hələ 1960-cı illərdə başlayıb. 1970-1980-ci illərdə krallıqda 15 minədək Pakistan hərbçisi yerləşdirilmişdisə, hazırkı məlumatlara görə, bu rəqəm bir neçə min nəfər təşkil edir.

Yayda və payızın əvvəlində Səudiyyə Ərəbistanı ABŞ-nin müharibə apardığı İranın zərbələrinə məruz qalıb. İran krallığın enerji obyektlərini, limanlarını və gəmilərini atəşə tutub. Səudiyyə ordusu isə ABŞ silahlı qüvvələri ilə birlikdə regiondakı iranyönlü qüvvələrə cavab zərbələri endirib.

Səudiyyə Ərəbistanı eyni zamanda Yəməndəki husi qruplaşmaları ilə də mübarizə aparır. İyulun 13-də husilər Səudiyyə Ərəbistanının hava limanına zərbələr endirib, ölkəni dənizdən blokadaya aldıqlarını bildirərək Qırmızı dənizdə Səudiyyə gəmilərinə hücumlar təşkil ediblər. Krallıq bu hərəkətlərə cavab zərbələri ilə qarşılıq verib.

Oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınan prezidenti husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib, ölkədə ümumi səfərbərlik elan olunub. Səudiyyə Ərəbistanının dəstəyi ilə aparılan bu əməliyyatda hava zərbələrinə krallıq, quru əməliyyatlarına isə Yəmən qüvvələri rəhbərlik edir. Türkiyə və Pakistan hərbçilərinin bu hərbi kampaniyaya cəlb olunub-olunmayacağı barədə hələlik məlumat verilmir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google