Gürcüstandan 107 xarici ölkə vətəndaşı deportasiya edilib
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 107 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Qurumun məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya, Tailand və digər ölkələrin vətəndaşları ölkədən deportasiya ediliblər.

Mövcud
qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları ümumilikdə 3 300-ə yaxın şəxsi Gürcüstandan deportasiya ediblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google