Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin
əməkdaşları müxtəlif vaxtlarda narkotik cinayəti ittihamı ilə 11
nəfəri saxlayıblar.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə
vətəndaşları var. Onlar külli miqdarda narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanması, satışına
yardım göstərilməsi, həmçinin tərkibində narkotik vasitə olan
bitkilərin qanunsuz əkilməsi, yetişdirilməsi və becərilməsi
faktları ilə bağlı
ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının kompleks şəkildə keçirdiyi istintaq
hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər
narkotik vasitələrin qanunsuz satışı sxeminə cəlb olunublar.
İstintaqın məlumatına görə, onlar sonradan satmaq məqsədilə
narkotik vasitələri müxtəlif yerlərdə yerləşdirib, daha sonra isə
maraqlı şəxslərə müvafiq koordinatları və fotoşəkilləri
göndəriblər.
Təqsirləndirilən şəxslərin şəxsi axtarışı, yaşayış evləri və
avtomobillərinin yoxlanılması, həmçinin istintaq eksperimenti
zamanı onların göstərdiyi yerlərdən maddi sübut kimi satış üçün
hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitələr götürülüb.
Bunların arasında 192 bağlama “metadon”, “Suboksin”, “ketamin”,
“haşiş”, “tetrahidrokannabinol”, “preqabalin” tərkibli 150 həb, 1
kiloqramdan çox “marixuana” və “kannabis” bitkisi var.
Saxlanılanlar arasında bir şəxs də var ki, onun ifşa edilməsi
məqsədilə hüquq-mühafizə orqanları onun adına göndərilən bağlamanı
əvəzləyib və bağlamadan xüsusilə külli miqdarda psixotrop maddə
götürüblər.
İstintaq hərəkətləri nəticəsində polis həmçinin narkotik
vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materialları və
ehtimal ki, narkotik vasitələrin satışından əldə edilmiş pulu
götürüb.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 261-ci, 19-260-cı,
260¹-ci və 265¹-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr
20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.