Amerika Şuraları Gələcək Liderlər üçün Mübadilə Proqramının (FLEX
Global) yeni mərhələsi üzrə müraciətlərin qəbuluna başlayıb.
Proqram məktəblilərə bir tədris ili ərzində ABŞ-da məktəbdə təhsil
almaq və yerli ailədə yaşamaq imkanı verir.
Müraciət prosesi oktyabrın 22-dək davam edəcək.
İştirak meyarları
Proqramda iştirak etmək üçün namizəd aşağıdakı tələblərə cavab
verməlidir:
- Gürcüstan vətəndaşı olmalıdır;
- 2010-cu il yanvarın 1-dən 2011-ci il dekabrın 31-dək
olan müddətdə doğulmalıdır;
- 2026–2027-ci tədris ilində IX, X və ya XI sinifdə
oxumalıdır;
- İngilis dilini ünsiyyət səviyyəsində
bilməlidir;
- J-1 tipli viza almaq tələblərinə cavab verməlidir.
Şagird son 5 il ərzində ABŞ-da 90 gündən çox
yaşamamalıdır.
Onlayn ərizəni qeydiyyat linki vasitəsilə doldurmaq mümkündür.
Qeydiyyat linki:
ais.americancouncils.org/flexglobal
Əlavə məlumat təşkilatın rəsmi internet səhifəsində
yerləşdirilib:
Amerika Şuralarının internet səhifəsi:
georgia.americancouncils.org
FLEX proqramı haqqında
Gələcək Liderlər üçün Mübadilə Proqramı (FLEX) ABŞ Dövlət
Departamentinin maliyyələşdirdiyi və Beynəlxalq Təhsil üzrə Amerika
Şuraları (American Councils) tərəfindən həyata keçirilən təqaüd
proqramıdır.
Proqram 1992-ci ildə yaradılıb və məktəblilərin ABŞ-da pulsuz
təhsil almasını və yaşamasını nəzərdə tutur. Proqramın məqsədi
mədəniyyətlərarası dialoqun və tərəfdaşlıq münasibətlərinin
inkişafına dəstək verməkdir.
Proqram çərçivəsində seçilən şagirdlərə ikitərəfli səyahət, aylıq
təqaüd, tibbi sığorta və ABŞ-da ev sahibi ailədə yaşayış təmin
edilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.