Oktyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin
rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya
səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Aleksey
Overçukla görüşüb.
Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, görüşdə
ticarət-iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində tərəfdaşlığın
genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Sənaye,
energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində
əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
""Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin
potensialından daha geniş istifadə imkanları nəzərdən
keçirilib", - məlumatda vurğulanıb.
Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti, yük və
nəqliyyat vasitələrinin həmin məntəqələrdən keçid prosedurlarının
təkmilləşdirilməsi məsələlərinə xüsusi
diqqət yetirilib.
Səfər zamanı Ş.Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin
müavini Aleksandr Novak ilə də görüşüb.
"Görüş
əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti,
perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye,
energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq
məsələləri müzakirə olunub", - məlumatda əlavə
edilib.
Bu ilin səkkiz ayında Azərbaycanın Rusiyadan idxalı 37.8 faiz
azalaraq 2.5 milyard ABŞ dollarından 1.5 milyard dollara düşüb.
Xatırlatma
Ş.Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyəti ötən həftə isə İranda səfərdə olmuşdu. Hər iki
ölkə mediasının yaydığı məlumata görə, İran Azərbaycandan elektrik
enerjisi idxalını artırmaq niyyətindədir.
2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında
imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Beynəlxalq
Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci
ildə qoşulub. Ümumilikdə 15-ə yaxın ölkə sözügedən sazişi
ratifikasiya edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.