Axmeta Meriyası "Cokolo Təhsil Mərkəzi"ndən binanı boşaltmağı tələb edib
Pankisi dərəsində “Cokolo Təhsil Mərkəzi” bağlanıb. Təşkilatın rəhbərləri bugün, 5 oktyabr tarixində binadan inventarları çıxarmağa başlayıblar.

Mərkəz 2014-cü ildən “Kaxeti Regional İnkişaf Fondu”nun bazasında fəaliyyət göstərirdi. Mərkəzin yerləşdiyi bina Axmeta Meriyasına (icra hakimiyyətinə) məxsusdur və təşkilat tərəfindən icarəyə götürülmüşdü.

“Kaxeti Regional İnkişaf Fondu”nun rəhbəri İza Bekauri “Azadlıq Radiosu”na bildirib ki, mərkəzi bağlamaq qərarı Axmeta Meriyasından binanın icarə
müqaviləsinin uzadılmasına rədd cavabı aldıqdan sonra verilib.

“Meriyadan bizə məktub ünvanlandı ki, Cokoloda müəyyən planları olduğu üçün binanı boşaltmalıyıq. Biz müqavilənin müddətini uzatmaları xahişi ilə müraciət etdik, lakin cavab olaraq binanı 14 gün ərzində tərk etməyimizi bildirdilər”, – deyə İza Bekauri deyir.

“Cokolo Təhsil Mərkəzi” Pankisi dərəsində yalnız gənclər üçün qeyri-formal təhsil almaq üçün yeganə vasitə deyildi.

Məktəblilər müxtəlif fənlər üzrə, o cümlədən gürcü dili, riyaziyyat, xarici dillər üzrə pulsuz hazırlaşa və təlimlərdə iştirak edə bilərdilər.

Həmçinin mərkəzdə qadınlar üçün xüsusi kurslar fəaliyyət göstərirdi – onlara kulinariya, tikiş, naxış, xarici dillər öyrədilirdi...

“Kaxeti Regional İnkişaf Fondu”nun məlumatına görə, hər il təhsil mərkəzində 150-yə yaxın pankisili qeyri-formal təhsil alırdı.

Cokolo Təhsil Mərkəzi fəaliyyətini bu ilin fevral ayından dayandırıb. Təşkilat rəhbəri İza Bekaurinin sözlərinə görə, buna səbəb maliyyəsiz qalmalarına gətirib çıxaran "qəbul edilmiş qanunlar"dır.

“Qrantlar haqqında” qanun hökumətin icazəsi olmadan müstəqil qeyri-hökumət təşkilatlarına maliyyə almağı qadağan etdi. Dəyişikliklər nəticəsində:
  • Qrantın verilməsi üçün hökumətin və ya hökumət tərəfindən müəyyən edilmiş səlahiyyətli şəxsin/orqanın razılığı mütləqdir;
  • Cavab üçün 10 günlük müddət müəyyən edilir;
  • Şikayətin verilməsi hökumətin qərarını dayandırmır;
  • Razılıq olmadan verilən qrantın qəbulu qadağandır;
  • İcazəsiz qrant üçün cəza qrantı alana həvalə olunur – “qrant məbləğinin ikiqat misli miqdarında”.
“Buna baxmayaraq, düşünürdük ki, nə isə dəyişəcək və mərkəz tam gücü ilə fəaliyyətə başlayacaq, lakin meriya bütün yollarımızı bağladı”, – deyə Bekauri bildirib.

“Cokolo Təhsil Mərkəzi”nin bağlanması böyük itkidir”, – deyə yerli sahibkar, mülki aktivist və təhsil mərkəzinin keçmiş təlimçisi Şengeli Toxosaşvili “Azadlıq Radiosu”na bildirib.

O, hesab edir ki, Axmeta Meriyası bu qərarı müstəqil şəkildə qəbul edə bilməzdi və tapşırıq mərkəzi hakimiyyətdən gəlib.

Toxosaşvilinin sözlərinə görə, təşkilat rəhbəri İza Bekauri həmişə vətəndaş cəmiyyətinin maraqlarını qoruyub ki, bu da hakimiyyətin qıcıqlanmasına səbəb olurdu.

“Hətta su elektrik stansiyalarının (SES) tikintisi və Temirlan Maçalikaşvili məsələsində Bekauri xalqın tərəfində durmuşdu, bu isə hakimiyyətin xoşuna gəlmirdi”,
– deyə Toxosaşvili bildirir.

Axmeta meri Aleksi Pitsxelauri “Azadlıq Radiosu”na cavab olaraq bildirib ki, onunla “iş saatlarında” əlaqə saxlanılsın.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google