Marneuli sərhədinə gedən yol və digər obyektlər – Bolnisi Meriyası layihələndirmə xidmətləri üçün tender elan edib
Bolnisi meriyası infrastruktur obyektləri üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair elektron satınalma elan edib. Layihələndirmə xidmətinin ehtimal olunan dəyəri 33 800 lari təşkil edir. Obyektlər üzrə tikinti işlərinin ümumi ehtimal olunan büdcəsi isə 4 milyon lari müəyyən edilib.

Prioritet istiqamət: Mamxuti yolundan Marneuli sərhədinədək
  • Satınalma çərçivəsində Mamxuti kəndindən Marneuli Bələdiyyəsinin sərhədinədək olan avtomobil yoluna xüsusi diqqət yetirilir.
  • Layihə təxminən 1 300 metr uzunluğunda yol hissəsində yeni beton örtüyün, boru-keçidin və suötürücü infrastrukturun qurulmasını nəzərdə tutur.
  • Sözügedən yolun layihələndirilməsi üçün satınalmada ən böyük məbləğ –
    11 000 lari nəzərdə tutulub. Yolun tikinti işlərinin ehtimal olunan dəyəri isə 1,3 milyon lari təşkil edir.
Digər layihələndirmə obyektləri
Tender Bolnisi Bələdiyyəsinin digər mühüm infrastruktur obyektlərini də əhatə edir:
  • Kazreti qəsəbəsi: 11-ci və Kakutsa Çolokaşvili küçələrində daxili yolların və küçə işıqlandırmasının təşkili. Ehtimal olunan tikinti dəyəri – 1,2 milyon lari.
  • Disveli kəndi: daxili avtomobil yolunun təxminən 1 000 metrlik hissəsinin reabilitasiyası və beton örtüyün salınması. Ehtimal olunan tikinti dəyəri – 1,1 milyon lari.
  • Bolnisi şəhəri: Maşavera çayı üzərindəki körpünün yaxınlığında qoruyucu divarların inşası və çay yatağının formalaşdırılması işləri. Ehtimal olunan tikinti dəyəri – 400 min lari.
Tender şərtlərinə əsasən, təkliflərin qəbulu oktyabrın 8-də başlayacaq və oktyabrın 9-u saat 14:00-da başa çatacaq.

Qalib şirkət layihə-smeta sənədlərini müqavilə imzalandıqdan sonra obyektlərdən asılı olaraq 30–40 təqvim günü ərzində hazırlamalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google