Zaur Darğallının hansı əmlakı var – əmlak deklarasiyası
Korrupsiyaya Qarşı Mübarizə Bürosuna təqdim edilən əmlak vəziyyəti haqqında bəyannaməyə əsasən, Marneulinin majoritar deputatı, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı maliyyə bəyannaməsini açıqlayıb. Bəyannamə 29 iyun 2026-cı il tarixində təqdim olunub.

Sənəddə deputatın, həyat yoldaşının və üç övladının, ümumilikdə ailə üzvlərinin maddi vəziyyəti barədə məlumatlar yer alır.

Daşınmaz əmlak və ailə aktivləri
  • Bəyannaməyə əsasən, Zaur Darğallı
    ailəsinin adına qeydiyyatda olan daşınmaz əmlakların hamısı həyat yoldaşı Rəna Nurməmmədovanın adına rəsmiləşdirilib.
Onun adına aşağıdakı əmlaklar qeydiyyatdadır:
  • Marneuli şəhərində, Musxelişvili küçəsində yerləşən 625 kvadratmetr sahəsi olan torpaq sahəsi. Əmlak 2016-cı ildə hədiyyə yolu ilə əldə edilib və bəyannamədə dəyəri 0 lari göstərilib.
  • Marneuli şəhərində, Musxelişvili küçəsində yerləşən 50,2 kvadratmetr sahəsi olan mənzil. Mənzil 2018-ci ildə 15 000 ABŞ dollarına alınıb.
  • Zaur Darğallının öz adına daşınmaz əmlak bəyannamədə qeyd edilməyib.
Bank hesabları və əmanətlər
  • Deputatın müxtəlif kommersiya banklarında maaş və cari hesabları var.
  • Zaur Darğallının Grcüstan bankındakı maaş hesabında 3 444,82 lari, American Express kartında isə 557,5 lari vəsait qeyd olunub. Bundan əlavə, onun “TBC Bank” və “Terabank”da hesabları var. Deputat deklarasiyada 20 000 lari məbləğində nağd pul yığımının olduğunu da göstərib.
  • Rəna Nurməmmədovanın “Basisbank”da cari və depozit hesabları var. Depozit hesabında 101 lari yerləşdirilib.
İllik gəlirlər
  • Zaur Darğallı Gürcüstan Parlamentinin üzvü kimi ötən il ərzində əməkhaqqı şəklində 112 688,64 lari gəlir əldə edib.
  • Rəna Nurməmmədova Marneuli Gənclər Mərkəzinin direktoru vəzifəsində 2025-ci ilin yanvar ayı ərzində 17 264,22 lari gəlir əldə edib.
Maraqlı məqam ondan ibarətdir ki, Zaur Darğallının adına deklarasiyada nə daşınmaz əmlak, nə də hər hansı bahalı daşınar əmlak, məsələn, avtomobil qeyd olunub. Deputatın maliyyə aktivləri əsasən parlamentdəki əməkhaqqı, bank hesabları və nağd pul yığımı ilə məhdudlaşır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google