Zelenski: Rusiyanın Ukraynaya hücumları 11 nəfərin həyatına qon qoyub
Rusiya Ukraynaya qarşı ən irimiqyaslı hücumlarından birini həyata keçirərək ölkənin enerji sektorunu hədəfə alıb, 70 raket və dron buraxıb. Prezident Volodimir Zelenskinin sözlərinə görə, ölkə üzrə azı 11 nəfər həlak olub.

"Əsas hədəflərdən biri enerji infrastrukturumuz olub. Ruslar ağır və nümayişkaranə zərbə vurmaq istəyirdilər", – Zelenski Telegram-da yazıb.

Prezident Rusiyanın ballistik raketlərinin ən böyük problem
olaraq qaldığını, hava hücumundan müdafiə üzrə yardım paketlərinin Ukrayna üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

+++

Oktyabrın 7-nə keçən gecə Rusiya qoşunları Ukraynaya yenidən irimiqyaslı zərbələr endirib.

Kiyevdə iki nəfər həlak olub. Mer Vitali Kliçkonun sözlərinə görə, onların cəsədləri Darnitsa rayonundakı qaraj kooperativində yanğın söndürülərkən tapılıb.

Digər rayonlarda qeyri-yaşayış tikililərinin yerləşdiyi ərazilərə zərbələr qeydə alınıb. Yerli kanallar yazır ki, hücum nəticəsində Kiyevdə "Dnipro-M" mağazalar şəbəkəsinin anbarı məhv edilib. Kiyev vilayəti dronlar və ballistik raketlərlə birgə hücuma məruz qalıb. Bunu Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

Poltava vilayət hərbi administrasiyasının rəhbəri Vitali Dyakivniç Kremençuqa irimiqyaslı hücum olduğunu söyləyib. Onun sözlərinə görə, çoxmənzilli binalar zədələnib, müəssisələrdən biri də hücuma məruz qalıb. İki nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Dnepropetrovsk vilayətinin Nikopol rayonunda fərdi yaşayış evinə zərbədən iki nəfər xəsarət alıb.

Zaporojyedə Rusiya qüvvələri nəqliyyat infrastrukturu obyektinə hücum ediblər.

Ukraynanın rəsmi məlumatına görə, Rusiya ölkə ərazisinə gəmiəleyhinə və ballistik raketlər, 48 qanadlı raket və 130 dron buraxıb. Beş ballistik raket, 39 qanadlı raket və 117 dron vurulub. Zərbələr əsasən Kiyev, Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərinə yönəlib.

Rusiya Müdafiə Nazirliyi Kiyevdə və bir sıra vilayətlərdə "Fire Point" şirkətinin raket və uzaqmənzilli dron istehsal edilən, həmçinin saxlanılan obyektlərinin vurulduğunu bildirib. Qurum Odessa vilayətində liman infrastrukturu obyektlərinin və dəniz gəmilərinin də hədəf alındığını bəyan edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google