Husilər Ər-Riyad və Ədən hava limanlarını hədəf alıblar
İranın dəstəklədiyi husi üsyançıları oktyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini bildiriblər. Qruplaşma Səudiyyə Ərəbistanına və Yəmənin hökumət qüvvələrinin nəzarətində olan cənub bölgələrinə qarşı yeni hücum dalğasına başlayıb.

"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid aeroportunu ballistik raketlə hədəfə alıb. Allahın lütfü ilə zərbə dəqiq olub və hava limanında uçuşları pozub",
– husilərin hərbi sözçüsü Yəhya Səri X-də bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə husilərin buraxdığı ballistik raketin Ər-Riyadın şimalında zərərsizləşdirildiyini açıqlayıb. Bu koalisiya Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyir.

Eyni zamanda, Yəmənin Nəqliyyat Nazirliyi husilərin Ədən Beynəlxalq Hava Limanını da dronlar və ballistik raketlərlə hədəfə aldığını bəyan edib. Bu aeroport husilərin nəzarətindən kənarda olan ərazilərin xaricə açılan əsas hava qapısıdır.

Nazirliyin məlumatına görə, Qahirədən gələn təyyarənin enişinə bir neçə dəqiqə qalmış raketlərdən biri uçuş-enmə zolağının yaxınlığına düşüb. Buna görə təyyarənin enişi ləğv edilib və Səudiyyənin Ciddə şəhərinə yönləndirilib. Husilər isə ayrıca açıqlamada aeroport yaxınlığındakı hərbi düşərgədə yerləşən texnikaları hədəf aldıqlarını bildiriblər.

Bu arada, Yəmən hökuməti Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın aviasiya dəstəyi ilə husilərə qarşı genişmiqyaslı əks-hücuma başlayıb. Yəmən ordusu həftənin əvvəlində yaydığı açıqlamada husi döyüşçülərinin Qırmızı dənizdəki Babül-Məndəb boğazı ətrafındakı ərazilərdən və Moxa liman şəhərindən çıxarıldığını bildirib. Hər iki tərəfin iddialarını müstəqil mənbələr vasitəsilə yoxlamaq hələlik çətindir.

Husilər Yəmənin şimal-qərbinin böyük hissəsinə nəzarət edir. Üsyançılarla dördillik atəşkəs ötən ay pozulub. Husilər ölkənin Qırmızı dəniz sahil zolağının böyük hissəsini ələ keçiriblər. Son döyüşlər son illərin ən çox insan itkisinə səbəb olan toqquşması kimi qiymətləndirilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google