Sosial müdafiəyə möhtac şəxslərin yenidən yoxlanılması ilə dövlət bir neçə on milyon qənaət edib - Səhiyyə naziri
Səhiyyə naziri Mixeil Sarcveladze bildirir ki, sosial baxımdan təminatsız ailələrin yenidən yoxlanılması sayəsində dövlət bir neçə milyon lari qənaət edib. Yanvar ayından avqust ayınadək yaşayış müavinəti alanların sayı təxminən 140 min nəfər azalıb. Sarcveladze müavinət alan əhalinin yoxlanılması prosesinin yenə də davam edəcəyini bildirir.

"Bildiyiniz kimi, dövlət yoxlamalara fevral ayından başlayıb. Sosial baxımdan təminatsız ailələrin məlumat
bazasının yoxlanılması daimi və fasiləsiz prosesdir və standart olaraq bütün dövlətlərdə və sistemlərdə periyodik şəkildə həyata keçirilir. Bizim dövlətimizin halında pandemiyanı nəzərə alaraq, öz vaxtında moratoriut elan edilməsi haqqında qərar qəbul edilmişdi və bu proses kifayət qədər uzandı.

Prosesin bərpasına gəlincə, biz bunu müəyyən prinsiplərə və məntiqə əsaslandırdıq və təbii ki, maksimum intensiv rejimdə apardıq. Bərpa olunması o demək idi ki, bu, birdəfəlik fəaliyyət deyildi. Müvafiq olaraq, ilk növbədə yoxlanılması ən prioritet və təxirəsalınmaz hesab etdiyimiz ailələr yoxlanıldı. Əvvəldən deyildiyi kimi, 65 min ailə artıq yoxlanılıb və bu mərhələ başa çatb. Lakin proses müxtəlif meyarlara əsaslanaraq davam edir və gələcəkdə də davam edəcək. Bu, daima canlı olan bir prosesdir. Hər bir ailənin maliyyə vəziyyəti dəyişir, bu da o deməkdir ki, dövlət də kimin dəstəyə ehtiyacı olduğunu, kimin isə artıq olmadığını maksimum diqqətlə nəzarətdə saxlamalıdır.

Birbaşa rəqəmlərə gəlincə, yoxlanılan ailələrin sayı 65 000-i keçir və artıq 80 000-ə çatır. Bildiyiniz kimi, bu mövzu üzərində işləməyə başlayanda bazada müavinət almaq hüququ olan 184 000 ailə qeydiyyatda idi. Xalların yenidən paylanması və hesablanması aparılır, bu da o deməkdir ki, əgər indiyədək kiminsə xalı yüksək idisə, yoxlama nəticəsində aşağı qeydə alına bilər və ya əksinə.

Qənaət edilən vəsaitlərə gəlincə, baza dinamik olduğu və müxtəlif amillər nəzərə alınmaqla daima dəyişdiyi üçün ona yeni ailələr əlavə olunur və ya tərk edir. Dəqiq rəqəmləri bu mərhələdə səsləndirmək qeyri-mümkündür. Lakin tam əminliklə sizə deyə bilərəm ki, baza tam şəkildə dəqiqləşdirildikdən sonra söhbət bir neçə on milyon lari qənaətdən gedir",
– deyə Sarcveladze bildirib.

Avqust ayının vəziyyətinə görə yaşayış müavinəti alanların sayı 570 minədək azalıb. Sosial Xidmətlər Agentliyinin məlumatına görə, iyul ayı ilə müqayisədə müavinət alanların sayı 6546 nəfər azalıb. Ümumilikdə yanvar ayı ilə müqayisədə yaşayış müavinəti alanların sayı təxminən 140 min nəfər azalıb.

Yaşayış müavinəti alanların ümumi sayından 153 258 nəfəri dövlətin məşğulluq proqramına cəlb olunub ki, bu da 2026-cı ildən etibarən artıq davam etdirilməyib, lakin 4 illik dövrü başa vurmalı olan şəxslər hələ də sistemdə qalmaqdadırlar.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google