Avqust ayında Rusiyaya işlənmiş avtomobil idxalında Gürcüstan yenə
ilk beşlikdə yer alıb.
Gürcüstan Belarusdan öndə olmaqla dördüncü yeri tutub.
Bu barədə Rusiyanın “Avtostat” analitik agentliyinin məlumatlarında
qeyd olunur. Məlumatlar avtomobil bazarının nəticələrinə həsr
olunmuş onlayn yayım zamanı açıqlanıb.
Belə ki, avqust ayında Rusiyaya ümumilikdə 42 900 işlənmiş
avtomobil idxal edilib. Bunun 2,2 faizi, yəni 944
avtomobil
Gürcüstanın payına düşüb. Ən böyük pay isə Yaponiyanın olub.
İlk beşliyin göstəriciləri belədir:
- Yaponiya – 56%, yəni 24 024 işlənmiş
avtomobil;
- Çin – 29,1%, 12 484 avtomobil;
- Cənubi Koreya – 7,3%, 3 132 avtomobil;
- Gürcüstan – 2,2%, 944 avtomobil;
- Belarus – 2,1%, 901 avtomobil.
Rusiyaya işlənmiş avtomobil idxalı avqust ayında ötən ilin eyni ayı
ilə müqayisədə 6% azalıb. Bundan əlavə, iyul ayı ilə müqayisədə,
həmin ay Rusiyaya 50 500 işlənmiş avtomobil idxal edildiyi halda,
aylıq azalma 15% təşkil edib.
Bununla yanaşı, “Avtostat”ın məlumatına görə, “işlənmiş avtomobil
idxalının strukturunda mühərrik gücü 160 at gücündən çox olan
avtomobillərin payı 2%-dən bir qədər çox olub. Bu seqmentdə
utilizasiya rüsumunun yeni qaydaları bazarın strukturuna kifayət
qədər ciddi təsir göstərib və işlənmiş avtomobil idxalı faktiki
olaraq utilizasiya rüsumuna uyğunlaşdırılıb”.
Belə ki, utilizasiya rüsumunun yeni qaydaları qüvvəyə minənədək
mühərrik gücü 160 at gücündən çox olan işlənmiş avtomobillər
idxalın təxminən 60%-ni təşkil edirdi.
“Avtostat”ın məlumatına görə, avqust ayında Rusiyada işlənmiş minik
avtomobillərində olduğu kimi, bir neçə aylıq artımdan sonra yeni
avtomobillərin aylıq idxalı da 15% azalıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.