Yuxarı Larsda 4 kilometrlik “avtomobil qəbiristanlığı” – Rusiya Gürcüstan sərhədindəki tərk edilmiş avtomobilləri çıxarmağa başlayır
Rusiya Federal Avtomobil Yolları Agentliyi – “Rosavtodor”, ölkənin Daxili İşlər Nazirliyi və Şimali Osetiya rəhbərliyi Yuxarı Larsda tərk edilmiş avtomobillərin ərazidən çıxarılması məqsədilə onların inventarlaşdırılmasını həyata keçirəcək. Bu barədə Rusiyanın “Mash” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Yuxarı Larsdan ümumilikdə 500-dən çox avtomobilin çıxarılması planlaşdırılır.

Rusiya-Gürcüstan sərhədində avtomobillərin toplanması 2022-ci ilin fevralında, Rusiyada elan edilmiş hərbi
səfərbərlik səbəbindən rusiyalıların ölkəni tərk edərək müxtəlif nəqliyyat vasitələri ilə Gürcüstana gəlməyə çalışdığı dövrdə başlayıb.

Nəticədə dörd il ərzində yol kənarlarında təxminən 500 avtomobil toplanıb. Onların ümumi dəyəri 100 milyon rubladək, yəni 1,2 milyon ABŞ dollarına qədər qiymətləndirilir. Sökülmüş avtomobillərdən ibarət sıra təxminən 4 kilometrə uzanır. Tərk edilmiş avtomobillərin əksəriyyəti qarət edilib. Belə ki, onların təkər diskləri, faraları, güzgüləri və salon hissələri çıxarılıb.

Nəşrin məlumatına görə, avtomobillərin bir hissəsi alverçilərə satılıb və həmin şəxslər hələ də sərhəddə növbə çəkirlər. Digər avtomobillər isə Gürcüstana gətirilməsinin mümkün olmaması səbəbindən yerindəcə tərk edilib. Halbuki Gürcüstanın Rusiya avtomobillərinə ayrıca qadağası yoxdur.

Nəşrin yazdığına görə, Rusiya vətəndaşları ölkəni tələsik tərk etdikləri üçün lazımi sənədlərə malik olmayıblar. Bəzi hallarda avtomobillər başqa şəxslərə məxsus olub və ya onların qeydiyyatı ilə bağlı problemlər yaranıb.

“Pravda.ru” yazır ki, başqasına məxsus avtomobili sadəcə metal qırıntısı kimi müsadirə etmək mümkün deyil. Avtomobilin yol kənarında tərk edilməsi faktı öz-özlüyündə onun sahibinin mülkiyyət hüququna xitam verilməsi demək deyil. Buna görə də avtomobillər Yuxarı Larsdan çıxarılmadan əvvəl ilk növbədə onların sahiblərinin kimliyi və avtomobillərin hüquqi statusu müəyyənləşdirilməli, qanunla nəzərdə tutulan bir sıra prosedurlar tamamlanmalıdır.

“İnventarlaşdırma zamanı avtomobilin VIN-kodunun qorunub-qorunmadığını və sahibinin kim olduğunu müəyyənləşdirmək vacibdir. Yalnız bundan sonra avtomobilin evakuasiya edilməsi, müvəqqəti saxlanması və ya əmlakın tərk edilmiş hesab olunması və sonradan onun barəsində qərar qəbul edilməsi mümkündür”, – “Pravda.ru” yazır.

Məlumat üçün bildirək ki, sentyabrın sonunda Şimali Osetiya rəhbəri Sergey Menyailo Yuxarı Larsda Rusiya və Gürcüstanın sərhəd-keçid məntəqələri arasında yerləşən və “illərdir pis vəziyyətdə olan” ərazinin abadlaşdırılması barədə göstəriş verib.

Plana əsasən, bufer zonasında yeni asfalt örtüyü salınacaq, həmçinin baryer hasar və tualetlər quraşdırılacaq. Paralel olaraq, sərhəd-keçid məntəqələri arasındakı yol kənarında tərk edilmiş avtomobillər məsələsi də həll edilməlidir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google