“Sorğuda iştirak edən 3000 uşaqdan 9,5%-i, yəni 285
yeniyetmə qumar asılılığına malikdir. Bu, yeni
araşdırmadır”,
– “Qumar oyunlarına qarşı analar” təşkilatının prezidenti Tamar
Caparidze “Palitra” radiosunun və “Palitranews”in “Sakme”
proqramında bildirib.
Onun sözlərinə görə, bu 285 uşağın 2,3%-i qızlardır.
Tamar Caparidzenin “Sakme” proqramında qeyd etdiyinə görə, gənclər
ən çox “əlüstü oyunlara” üstünlük verirlər.
“Sorğuda iştirak edən 3000 uşaqdan 9,5%-i, yəni 285
uşaq qumar asılılığına malikdir. Bu, yeni araşdırmadır. Onların
2,3%-i qızlardır. Gənclərimiz ən çox ‘əlüstü oyunlara’ üstünlük
verirlər.
Onlar qumar oyunlarından və pul köçürmələrindən imtina etmirlər.
Dövlət buna nəzarət edə bilmir, çünki vaxtilə qanun layihəsinə bunu
nəzarətdə saxlayacaq mexanizm daxil edilməyib. Ona görə də bu gün
özlərinə bəraət qazandırmağa çalışmasınlar.
Doğrudur, yeniyetmələr arasında qumar asılılığının göstəricisi
əvvəlki illərlə müqayisədə həqiqətən azalıb. Lakin 16 yaşlı
yeniyetmələrin 9,5%-nin artıq asılı vəziyyətdə olması dövlətin və
biznesin məsuliyyətini gündəmə gətirir.
Bir məqam vacibdir. Biz qanun üzərində işlədiyimiz dövrdə müvafiq
siyasi iradə var idi. Həmin vaxt araşdırmalara görə, qumar
asılılığı olan yeniyetmələrin sayı 12% idi və indi bu göstərici
9,5%-ə düşüb. Amma ciddi demoqrafik və məşğulluq problemlərinin
olduğu bizim kimi kiçik ölkə üçün bu rəqəm artıq ciddi
düşündürücüdür. Burada nə profilaktik tədbirlər həyata keçirilir,
nə də təhsil sistemində bu məsələ nəzərə alınıb.
Avropa ölkələri ilə müqayisə etsək, deməliyik ki, Avropa
ölkələrində qumar biznesinin ən yaxşı uyğunlaşdığı sahə sosial
məsuliyyətdir. Əgər o, sosial məsuliyyət daşımırsa və elə özünün
zərər çəkmiş şəxslərinə reaksiya vermirsə, dövlət də insanlara
səhiyyə sektorunda pulsuz müalicə almaq imkanı yaratmaq üçün lazımi
addımı atmırsa, heç nəyə nail ola bilməyəcəyik”, –
deyə Tamar Caparidze bildirib.
Məlumat üçün bildirək ki, qumar oyunları sektorunun dövriyyəsi
2025-ci ildə növbəti rekord həddə çatıb. Ötən il göstərici 88,370
milyard lari təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,215
milyard lari və ya təxminən 16% çoxdur.
Ümumilikdə, ötən il qumar biznesinin biznes sektorunun ümumi
dövriyyəsindəki payı 34,8% olub. 2024-cü ildə bu göstərici 32,3%,
2023-cü ildə 31,2%, 2022-ci ildə 29%, 2021-ci ildə 32%, 2020-ci
ildə isə 28% təşkil edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.