Kvemo Kartli və digər bölgələrdə qanunsuz cinsi xidmətlərə şərait yaratmaq ittihamı ilə 21 nəfər saxlanılıb

Kvemo Kartli və digər bölgələrdə fahişəliyə şərait yaratma ittihamı ilə 21 nəfər saxlanılıb, 11 obyekt möhürlənib



Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində fahişəliyə şərait yaratma və yer ayırma ittihamı ilə 21 nəfəri saxlayıblar. Polis tərəfindən keçirilən tədbirlər Tbilisi, İmereti və Kvemo Kartlidə həyata keçirilib, nəticədə 11 obyekt
möhürlənib.

İstintaq və gizli istintaq tədbirləri (o cümlədən audio-video çəkilişlər) nəticəsində müəyyən edilib ki, müxtəlif obyektlərin menecer və administratorları müəyyən mükafat müqabilində qadınların fahişəliklə məşğul olmasına sistemli şəkildə şərait yaradıblar. Təqsirləndirilən şəxslər onlara sahə ayırır, müştəri tapmaqda köməklik göstərir və cinsi xidmətdən əldə olunan gəlirin böyük hissəsini mənimsəyirdilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş axtarışlar zamanı qanunsuz fəaliyyətdən əldə edilmiş pul vəsaitini maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır. Bu maddə fahişəliyə şərait yaratma və fahişəlik üçün yer ayırma məsuliyyətini nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google