Kvemo Kartli və Acarada külli miqdarda narkotik vasitə aşkarlanıb – 3 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Acarıstan və Kvemo Kartli Baş idarələrinin əməkdaşları xüsusilə külli miqdarda narkotik

vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratma ittihamı ilə müxtəlif vaxtlarda üç nəfəri saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Acarıstan, Kvemo Kartli və Tbilisidə saxlanılan şəxslərin üzərinə, avtomobillərinə və yaşayış mənzillərinə baxış keçirərkən, həmçinin onların göstərdiyi məkanlardan xüsusilə
külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən "Metadon", "Mefedron", "qurudulmuş marixuana" və tərkibində "Preqabalin" psixotrop maddəsi olan 182 həb maddı sübut kimi götürüblər.


İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-cı "kvarta" və 261-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google